Çərşənbə, 27 Avqust, 2025

"Gələcəyin mühəndisləri" proqramı!


  • Dərc edildi: 24 Yanvar, 2023 - 22:34
"Gələcəyin mühəndisləri" proqramı!

Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı və UFAZ-ın dəstəyi ilə Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi istiqamətində 8 təlimdən ibarət "Gələcəyin mühəndisləri" proqramı!

 

Proqramın məqsədi:

Aşağı kurs tələbələrinə qəbul olduqları ixtisası sevdirmək, ixtisasın əsas anlayışlarını öyrətmək, ixtisasın qolları və iş imkanları ilə tanış etməkdir.

 

İllərlə bu sahədə böyük təcrübə qazanmış mühəndislərdən faydalanmaq, onları dinləyib bilik və bacarıqlarınızı inkişaf etdirmək, #İxtisasıSıfırdanÖyrən  öyrənmək istəyirsinizsə, bu  proqramı qaçırmayın. Əminliklə deyirik ki, bu proqram ixtisas üzrə biliklərinizin təməli olacaq!

 

Qəbul 2 mərhələdə aparılacaq:

 

1) Qeydiyyat zamanı suallara cavab və motivasiyaya əsasən;

2) Məntiq imtahanı.

 

2-ci mərhələdə hər ixtisas üzrə ən çox bal yığmış 30 tələbə proqramda iştirak haqqı qazanacaq.

 

Qeyd 1: Proqram Yalnız 1 və 2-ci kurslar üçün nəzərdə tutulub (5 illik təhsil alan 3-cü kurs tələbələri də müraciət edə bilər).

Qeyd 2: Neft-qaz mühəndisliyi üzrə proqrama Geologiya və Geofizika mühəndisliyi ixtisasında təhsil alanlar, Kimya mühəndisliyi üzrə proqrama Kimya ixtisasında təhsil alanlar da müraciət edə bilərlər.

Qeyd 3: Qeydiyyat linkindəki suallara dolğun cavab verməyiniz tövsiyyə olunur, çünki 2-ci mərhələyə keçid ona əsasən aparılacaq.

 

Proqramı cədvəli ilə qeydiyyat linkindən tanış ola bilərsiniz.

Proqramın sonunda iştirakçılara komandalarla iş və imtahan nəticəsinə əsasən sertifikat təqdim ediləcək.

 

Məkan: Azərbaycan Fransız Universiteti (UFAZ)

 Son qeydiyyat tarixi: 5 fevral, 18:00

 Proqramın keçiriləcəyi dil: Azərbaycan dili

 

Qeydiyyatdan keçməyə tələsin!

 

 Qeydiyyat linki: https://bit.ly/3QNfhTJ

 

Paylaşılan sosial şəbəkələrə uyğun olaraq bizi tapıb, izləyin.

 

https://t.me/azmiib

https://www.instagram.com/azmi_ib/

https://www.facebook.com/azmiib/

https://www.youtube.com/azmiibtv

https://www.instagram.com/azmiib_edu/

https://www.linkedin.com/company/azerbaijan-engineers-union/

 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 668
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 135
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7523
Sumqayıt Dövlət Univ...