Bazar ertəsi, 30 İyun, 2025

"Debat Çempionatı" layihəsinə qeydiyyat başladı


  • Dərc edildi: 13 Yanvar, 2023 - 16:35
"Debat Çempionatı" layihəsinə qeydiyyat başladı

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "İdeyanı Reallaşdır 2022" qrant müsabiqəsinin qalibi olan "Debat Çempionatı" layihəsinə qeydiyyat başladı!

Naxçıvan Gənclər Fondu / Nakhchivan Youth Foundation və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı, DVC tərəfdaşlığı ilə baş tutan layihə bir çox yeniliklərlə gəlir.

"Debat Çempionatı" layihəsi özündə peşəkar təlimçi kadrı, debat və natiqlik bacarıqları inkişaf etmiş gəncləri, onların uğurlu komandalarını ehtiva edir.

Qeyd edək ki, layihə çərçivəsində 3 mərhələ baş tutacaq:

Müsahibə mərhələsi

Debat haqqında ilkin (nəzəri və praktiki) təlimlər

Çempionat mərhələsi

Müsahibə mərhələsindən uğurla keçən 8 komanda (minimum 2, maksimum ehtiyat spikerlə birlikdə 4 üzv olmaqla) layihədə iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, çempionatda 16 - 30 yaş arası gənclər iştirak edə bilər.

Naxçıvanda ilk dəfə baş tutacaq və sözün əsl mənasında fərqli və rəngarəng günləri həmçinin sürprizli hədiyyələri gətirən “Debat Çempionatı”nda siz də iştirak etmək istəyirsinizsə, komandanızı yığın və elə indi qeydiyyatdan keçin!

Son qeydiyyat tarixi: 22.01.2023

🔗Ətraflı məlumat və qeydiyyat üçün: https://debat-3.jimdosite.com/

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 210
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 841
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 231
Sertifikatlaşdırmada...