Şənbə, 5 İyul, 2025

Tələbələrin və məzunların nəzərinə!


  • Dərc edildi: 12 Aprel, 2024 - 19:08
Tələbələrin və məzunların nəzərinə!

Azərbaycan Hotel Assosiasiyası (AHA), 4 May 2024-cü il tarixində tələbələr və məzunlar üçün qonaqpərvərlik sahəsi üzrə ən böyük karyera sərgisini təşkil edir.
Tədbirdə iştirak ödənişsizdir və bütün tələbələr və məzunlar üçün açıqdır, hər kəs dəvətlidir! 
Tədbirdə sənaye liderləri qonaqpərvərlik sahəsində karyera üstünlüklərini izah edən təqdimatlar, həmçinin seminarlar və master klasslar keçirəcəklər.

Qonaqpərvərlik sənayesi istedadları axtardığı bir vaxtda, bu tədbir iştirakçılara qonaqpərvərlik karyeralarının zənginliyi haqqında məlumat əldə etmək, eləcə də aparıcı sənaye ekspertləri və peşəkarları ilə əlaqə yaratmaq imkanını yaradacaq.

Əgər siz tələbə, məzun və ya şagirdsinizsə və karyera günü tədbirində iştirak etmək istəyirsinizsə, link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.

https://lnkd.in/eSHH7ihD

Əgər siz biznes və ya təhsil təminatçısısınızsa, və ya tələbələr üçün kütləvi qeydiyyat etmək istəyirsinizsə bizimlə birbaşa [email protected] e-poçt vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 193
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 83
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 270
Məktəbəhazırlıq qrup...