Cümə axşamı, 28 Avqust, 2025

Bakı Ali Neft Məktəbinin tələbələri Kibertəhlükəsizlik yarışında qalib olublar


  • Dərc edildi: 29 Oktyabr, 2023 - 23:13
Bakı Ali Neft Məktəbinin tələbələri Kibertəhlükəsizlik yarışında qalib olublar

Bakı Ali Neft Məktəbinin tələbələri Kibertəhlükəsizlik yarışında qalib olublar

 

Azərbaycanda ilk dəfə keçirilən CIDC-2023 (Critical Infrastructure Defence Challange) Kibertəhlükəsizlik CTF tipli fərdi yarışmasında ilk 3 yeri SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri tutublar.

 

 BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının I kurs magistratura tələbəsi İsmayıl Eyyub I yeri, V kurs tələbəsi Nihat Əliyev II yeri, IV kurs tələbəsi Radmila Musayeva III yeri, Kompüter mühəndisliyi ixtisasının III kurs tələbəsi Yaşar İbrahimxəlilov isə V yeri qazanıb. 

 

Qeyd edək ki, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən “CIDC-2023” tədbiri dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlararası netvorkinqin və koordinasiyanın gücləndirilməsi məqsədi daşıyır.

 

Yarışın final mərhələsində müxtəlif dövlət qurumları, şirkətləri təmsil edən 20 komanda iştirak edib. Bakı Ali Neft Məktəbi final mərhələsinə yüksələn yeganə ali təhsil müəssisəsi olub. 

 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 741
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 149
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7607
Sumqayıt Dövlət Univ...