Qəza komissarlığı üzrə təcrübəçi (Gəncə) vakansiyası

Qəza komissarlığı üzrə təcrübəçi (Gəncə) vakansiyası

 

Vəzi̇fə və öhdəli̇klər:

  • Müvafiq sığorta növləri üzrə sığorta hadisələrinin qeydiyyata alınmasında, ilkin sənədlərin hazırlanmasında və ümumi işin təkmilləşdirilməsində dəstək olmaq;
  • Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsində dəstək olmaq;
  • Müştərinin müraciəti əsasında İMS Protech elektron bazasında hadisə üzrə məlumatın daxil edilməsində dəstək olmaq;
  • Səlahiyyətli dövlət orqanlarına və digər qurumlara baş vermiş hadisə üzrə sənədlərin toplanılması üçün sorğu yollamaqda dəstək olmaq;
  • Baş vermiş hadisə yerinə çıxışın həyata keçirilməsi, müvafiq aktların tərtib edilməsi, hadisə yerinin, iştirakçıların sənədlərinin, sığorta predmetinin və hadisə yerinin foto və ya video çəkilişlərinin aparılmasında dəstək olmaq;
  • Lazım gəldikdə hadisə yerindən avtonəqliyyat vasitələrinin evakuasiyasının təmin edilməsində dəstək olmaq;
  • Hadisə yerində sığorta dələduzluğu faktı və ya kənar izlərin aşkarlaması halında ilkin aktda müvafiq qeydlərin aparılması;
  • Hadisə yerinə səlahiyyətli dövlət orqanlarının və digər qurumların əməkdaşlarının gəlməsinin təşkil edilməsində dəstək olmaq;
  • Öhdəliklərinin icrası zamanı aşkarlanmış lazımı məlumatların, hadisəyə dair əldə olunmuş foto və video çəkilişlərin, sənədlərin İMS Protech elektron bazasında və ya File Server-də yerləşdirilməsində dəstək olmaq;
  • Region üzrə qəza komissarına zərərə məruz qalmış əmlakın qiymətləndirilməsində dəstək göstərmək;
  • Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

 

Bi̇li̇klər:

  • Ali təhsil (İqtisadiyyat, sığorta ilə əlaqəli təhsil arzuolunandır);
  • Yol nəqliyyat hadisələri haqqında biliklər arzuolunandır;
  • Avtomobil hissələrinin bazar dəyəri, servis xidmətləri haqqında məlumatlı olmaq arzuolunandır;
  • Müştərilərlə iş üsulları;
  • Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki biliklər;
  • Dil bilikləri; Azərbaycan dilində yüksək səviyyədə bilik mütləq, Rus və İngilis dili bilikləri arzuolunandır;
  • Sürücülük vəsiqəsi.

 

Bacarıqlar:

  • Yaxşı ünsiyyət bacarığı;
  • Problemlərin həlli;
  • Komanda ilə işləmək;
  • Təşəbbüskarlıq;
  • Məqsədyönlülük;
  • Məsuliyyətli olmaq.

 

Son müraciət tarixi: 10.11.2024

 

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az