Çərşənbə, 30 İyul, 2025

Daxili Audit üzrə Müdir vakansiyası


  • Dərc edildi: 11 Noyabr, 2022 - 16:36
Daxili Audit üzrə Müdir vakansiyası

Daxili Audit üzrə Müdir vakansiyası üzrə namizəd axtarılır.
 
Hesabat verdiyi/tabe olduğu vəzifə: Baş Audit İnzibatçısı

İş yeri: Əsasən Qaradağda yerləşən zavod ofisi
Əlavə olaraq həftəiçi müəyyən günləri evdən və şəhər ofisindən işləmək imkanı var
 
Tələblər:
·       İqtisadi sahədə (maliyyə, mühasibatlıq, audit və s. ) ali bakalavr təhsili;
·       Əlaqədar sahə üzrə minimum 5 il iş təcrübəsi;
·       Baş Mütəxəssis və ya Qrup Rəhbəri vəzifələrində iş təcrübəsi mütləqdir;
·       Azərbaycan və İngilis dillərini yüksək səviyyədə bilmək;
·       MS Office proqramlarını yüksək səviyyədə bilmək, SAP üzrə biliklər arzu olunandır;
·       CİA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək.
 
Tələb olunan kompetensiyalar:
·       Müştəri yönümlülük;
·       Analitik düşüncə, təşəbbüskarlıq;
·       Dürüstlük, obyektivlik, qərar verə bilmə;
·       Effektiv kommunikasiya, mübahisələrin idarə edilməsi;
·       Vaxtın düzgün idarə edilməsi, stresə dözümlülük;
·       Yenilikçilik və davamlı inkişaf;
·       Əməyin mühafizəsi qaydalarından xəbərdar olma.
 
Öhdəliklər:
·       İllik Audit Planına əsasən və ya plandan kənar həyata keçirilən audit layihələrinin aparılmasını təşkil etmək və qrup rəhbəri kimi məsul olmaq;
·       Daxili audit layihələrinin həyata keçirilməsi üzrə iş proqramını tərtib etmək və icrasına məsul olmaq;
·       Daxili audit yoxlamalarının nəticələrinə dair işçi faylları, hesabatları və s. hazırlamaq;
·       Yoxlanılan proses üzrə daxili nəzarət sisteminin adekvatlığını və effektivliyini qiymətləndirmək, rəy formalaşdırmaq və nöqsanların aradan qaldırılması istiqamətində praktik tövsiyyələr vermək;
·       Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanmasına cavabdeh olmaq;
·       Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq.
 
CV-ləri müraciət etdiyiniz vəzifənin adını qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
 
Son Müraciət Tarixi: 30.11.2022

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 261
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 864
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 738
Azərbaycan Texnologi...