Çərşənbə axşamı, 26 Avqust, 2025

“Təlimdən Karyeraya” adlı layihəyə start verilir (PULSUZ)


  • Dərc edildi: 1 Mart, 2024 - 15:08
“Təlimdən Karyeraya” adlı layihəyə start verilir (PULSUZ)

Synergia Academy və PMD Hospitality - nin birgə əməkdaşlığı çərçivəsində “Təlimdən Karyeraya” adlı ilk layihəmizə start veririk. 

Layihədə iştirak qaydaları aşağıda qeyd edilib :
 
1. Proqramda yalnız Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.
2. Proqramda 18-25 yaş aralığında olan şəxslər iştirak edə bilər.
3. Proqramda iştirak etmək üçün ali təhsil tələbi yoxdur.
4. Proqram PMD Hospitality-yə daxil olan hotellərin yerləşdiyi bölgələrdə doğulan, yaşayan, və ya ailə bağlılığı olan gənclərin öz regionlarına qayıtmaları və orada çalışmaları üçün şərait yaradır.
5. Müraciət üçün tərcümeyi-halınızı (CV-nizi) [email protected] elektron ünvanına göndərə, online müraciət formasını doldura, və yaxud BEGOC Biznes Mərkəzinə yaxınlaşıb müraciət edə bilərsiniz.
6. Proqram 6 ay ərzində davam edəcək və bir neçə mərhələdən ibarət olacaq. Hər bir mərhələnin sonunda iştirakçıların təlim zamanı əldə etdiyi biliklər imtahan vasitəsilə yoxlanılacaq.
7. Proqramın bütün mərhələlərini uğurla başa vuran namizədlər, PMD Hospitality tabeliyində fəaliyyət göstərən hotellərdə iş ilə təmin olunacaqlar.
8. Seçim mərhələrində uğurlu nəticə göstərməyən namizədlərin sənədləri, Synergia Academy-nin növbəti Təlim Proqramlarında dəyərləndirilmək üzrə ehtiyat məlumat bazasında saxlanılacaqdır.
9. Son müraciət tarixi 31.03.2024-cü ildir.
10. Online Qeydiyyat Forması : Müraciət et
 
Karyeranıza Bizimlə Başlayın! 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 572
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 106
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7434
Sumqayıt Dövlət Univ...