reklam

BAKI AVRASİYA UNİVERSİTETİ aşağıdakı sahələr üzrə ixtisas fənlərini tədris etmək üçün professor - müəllim vəzifələrinə İŞƏ QƏBUL ELAN EDİR

BAKI AVRASİYA UNİVERSİTETİ 2025/2026-cı tədris ilində aşağıdakı sahələr üzrə ixtisas fənlərini tədris etmək üçün professor - müəllim vəzifələrinə
İŞƏ QƏBUL ELAN EDİR :



- Riyaziyyat
- İnformasiya texnologiyaları, kompüter elmləri, proqramlaşdırma
- İqtisadiyyat, maliyyə, vergi və vergitutma, mühasibat uçotu, marketinq, menecment, biznesin idarə edilməsi, dövlət və bələdiyyə idarəetməsi
- Sosial iş
- Turizm işinin təşkili
- Hüquq, Tarix, Siyasi elmlər, Beynəlxalq münasibətlər, Regionşünaslıq (ABŞ və Kanada; Avropa ölkələri; Yaxın və Orta Şərq ölkələri)
- Alman dili, fars dili

Müraciətlər [email protected] elektron poçt ünvanı vasitəsilə onlayn qəbul edilir.

Müraciət edilən sahə üzrə ixtisas uyğunluğu tələb olunur.
İddiaçılar tərəfindən tədris etmək istədikləri fənlərin adlarının qeyd edilməsi vacibdir. Fənlərin adları “2025/2026-cı tədris ilində tədris ediləcək fənlərin siyahısı”ndan seçilə bilər. Siyahı üçün rəy bölməsinə + yazmağınız kifayətdir!
 


Müraciətə aşağıdakı sənədlər pdf formatda əlavə edilməlidir:


- CV;
- ali təhsil haqqında diplom (diplomlar) və diploma əlavə (əlavələr);
- elmi dərəcə (dərəcələr) haqqında diplom (diplomlar) və elmi ad (adlar) haqqında attestat (attestatlar);
- dərc olunmuş elmi və tədris-metodiki işlərin siyahısı.

Ali təhsil və elmi dərəcə haqqında sənədlər başqa ölkədə verildiyi halda ekvivalentlik haqqında müvafiq sənəd təqdim edilməlidir.
İddiaçıların elmi-pedaqoji fəaliyyəti, tədris prosesində yeni pedaqoji və informasiya-kommunikasiya texnologiyalarının, innovativ təlim üsullarının tətbiqi sahəsində əldə etdiyi təcrübə və nailiyyətləri, ixtisasının artırılması ilə bağlı digər sənədlər onların istəyi ilə əlavə olaraq təqdim edilə bilər.
Sənədlərin qəbulu 2025-ci ilin 01 may tarixindən 15 may tarixinədək aparılır.
Təqdim edilmiş sənədlərin təhlili əsasında ixtisas uyğunluğu müəyyən edilmiş iddiaçılar növbəti mərhələyə - dərs təqdimatı mərhələsinə buraxılır. Bu mərhələdə iddiaçı kafedra tərəfindən təyin edilmiş mövzu üzrə dərs təqdimatı etməlidir. İddiaçıların qiymətləndirilməsi onların təqdim etdiyi dərs nümunəsinin təhlili əsasında Universitetin İşə qəbul komissiyası tərəfindən aparılır.

Qeyd: Sənədlər göndərilərkən mövzu yerində yuxarıda qeyd edilmiş uyğun sahə göstərilməlidir.

Əlavə məlumat üçün: İcra aparatı, aparat rəhbəri Nərgiz Həsənova, tel.: (+994 12) 564 63 67; (+99412) 564 63 65


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az