
Azərbaycan Supermarket MMC “SƏTƏM üzrə kiçik mütəxəssis” vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri
· Müəyyən edilmiş yoxlama siyahısına uyğun olaraq Mərkəzi Anbar ərazisində müşahidələr və yoxlamalar aparmaq
· Anbar ərazisində aşkar edilmiş uyğunsuzluqları/nöqsanları sənədləşdirmək
· Uyğunsuzluq/nöqsan hesabatının şirkət daxilində məsul şöbələr və işçilərlə paylaşmaq;
· Təhlükəsizlik qaydaları haqqında Anbar ərazisindəki rəhbər heyəti və işçiləri məlumatlandırmaq;
· Yanğın zamanı evakuasiya üzrə təlimlərdə iştirak etmək
· Sahələr üzrə təlimlər keçmək;
· İş yerlərində müşahidələr aparmaqla təlimin effektivliyini yoxlamaq;
· Anbar ərazisində fərdi mühafizə vasitələrinin gündəlik yoxlanılması;
· Qəza və hadisələr haqqında qeydlər aparmaq və dərhal məlumat vermək;
· Avadanlıq və mexanizmlərin təhlükəsiz istismarına və quraşdırılmasına nəzarət etmək;
· İş yerlərində təhlükələrin müəyyənləşdirilməsinə və risklərin qiymətləndirilməsinə cəlb etmək;
· SƏTƏM üzrə Menecerə müşahidələr və yoxlamalar haqqında aylıq hesabatları təqdim etmək;
· Anbar ərazisində yanğın təhlükəsizliyi və ilkin yanğınsöndürmə tədbirləri ilə bağlı yoxlamalar aparmaq;
· Şirkətin risk qiymətləndirmələrinə və təhlükəsizlik əməliyyat prosedurlarına riayət olunmasına nəzarət etmək;
· SƏTƏM ilə bağlı yarana biləcək bütün tapşırıqların vaxtında yerinə yetirilməsi üçün çalışmaq;
· Zəruri hallarda gündəlik olaraq işdən əvvəl SƏTƏM təlimlərində iştirak etmək;
· Zəruri hallarda əməkdaşların SƏTƏM biliklərinin qiymətləndirilməsində iştirak etmək;
· Avadanlığın planlaşdırılmış yoxlanılması və onun istifadəsi ilə bağlı yerində təlimat vermək.
Tələblər
· Ən az 1 il müvafiq vəzifədə təcrübə;
· Peşəkar ünsiyyət və yazışma bacarıqları;
· Verilən tapşırıqları qısa müddətdə yerinə yetirmək bacarığı;
· Komanda oyunçusu;
· İngilis dilində başlanğıc səviyyədə biliklərə sahib olmaq;
· Yüksək təqdimat bacarığı;
· Tənqidi düşüncə və təhlil bacarıqları;
· Bir neçə prioritet məsələləri birlikdə iradə etmə bacarıqları;
· Problemlərin həllində yaradıcı yanaşma bacarığı;
· Sərbəst Microsoft Office istifadəçisi olmaq;
· Çeviklik və tez öyrənmək qabiliyyəti;
· Gərgin iş şəraitində işləmə bacarığı;
Maraqlanan namizədlər [email protected] email ünvanına “SƏTƏM üzrə kiçik mütəxəssis” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur