Şənbə, 9 Avqust, 2025

Satınalma bölməsi üzrə Aparıcı / Böyük mütəxəssis vakansiyası


  • Dərc edildi: 30 Avqust, 2022 - 14:58
Satınalma bölməsi üzrə Aparıcı / Böyük mütəxəssis vakansiyası

“STP Global Cable” MMC, Ümumi İstehsalat və Təchizat əməliyyatları departamentinin Satınalma bölməsi üzrə Aparıcı / Böyük mütəxəssis vakansiyası elan edir.
“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biridir. Tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.
Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:
-         Ali təhsilli olmalı;
-         Sahə üzrə minimum 3-5 il iş təcrübəsinə malik;
-         Avadanlıqlar və onların ehtiyyat hissələrinin alışı ilə əlaqədar təcrübənin olması;
-         Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
-         MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib;
-         Yerli və beynəlxalq bazarlar haqqında məlumatlı olmalı;
-         Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;
-         İşgüzar və məsuliyyətli olmalı;
-         İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.

 
Əlavə məlumatlar:
-         Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
-         Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
-         Tibbi sığorta mövcuddur;
-         İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
-         İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma Aparıcı / Böyük mütəxəssis” yazaraq 18.09.2022-ci il tarixinədək [email protected] ünvanına göndərilməsi xahiş olunur. 

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6132
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1233
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 469
“İnnovativ məktəb” l...