Vəzifə öhdəlikləri
- Kredit risklərinin idarəedilməsi metodologiyasının inkişaf etdirilməsi, inteqrasiya edilməsi və davamlılığının təmin edilməsi;
- Bütün kredit məhsul seqmentləri üçün qiymətləndirmə modellərinin işlənilməsi və daim yenilənməsi;
- IFRS9 standartlarına uyğun olaraq bankın bütün aktiv seqmentləri üzrə ehtiyyatların yaradılması və modelin daimi yenilənməsi.
- MB-nın qüvvədə olan qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;
- Kredit riski limitlərinin hesablanması və limit siyasəti və çərçivə yeniləmələri üçün tövsiyələrin verilməsi;
- Bankda risk mədəniyyətinin təkmilləşdirilməsi alətlərinin təmin edilməsi və risk imkanlarının səviyyəsinin artırılması;
- Əsas risk faktorlarının müəyyən edilməsi və monitorinqi, həmçinin təklif olunan həlləri hazırlamaq üçün portfel səviyyəsində məlumatların təhlil edilməsi
- Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
- Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi, modellərin daimi təkmilləşdirilməsi və nəticələri ilə bağlı hesabatların verilməsi;
- Statistik modellərin hazırlanması və mövcud kredit risklərini qiymtləndirən modellərin yenilənməsi;
- Bankın kapital, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün tətbiq edilmiş strategiyanın tələblərinin icra edilməsi;
- Bazar riskinin idarə edilməsi üzrə daxili siyasət və prosedurların daim yenilənməsi, dəstəklənməsi və icrasının təmin edilməsinə nəzarət;
- Bazar riskinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması;
- Bazar risklərinin idarə edilməsi üçün erkən xəbərdarlıq sisteminin qurulması;
- Bazar riskləri üzrə stress test modellərin qurulması və onların daimi yenilənməsi;
- Aidiyyatı üzrə gündəlik, aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi.
Vəzifəyə dair tələblər
- Bazar və kredit riskləri sahəsində minimum 5 il iş təcrübəsi;
- Yüksək dərəcədə analitik düşüncə, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
- Dəqiqlik, məsuliyyət və düzgünlük;
- Komandada işləmək bacarığı;
- Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
- MS Office proqramlarında (xüsusi ilə, Excel, SPSS) keyfiyyətli işləmək bacarığı;
- Məlumat və informasiyaların məxfi saxlanılmasına riayət etmək;
- Azərbaycan Respublikası Bank və Mülki qanunvericiliyini bilmək;
- Lazım gəldikdə ölkə ərazisində ezamiyyətə getmək imkanı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kredit və bazar riskləri şöbəsinin rəisi” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33.
Mail: [email protected]
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur