reklam

"METAKOD" sərgi layihəsi

YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində, müxtəlif nəsillərdən olan Azərbaycan rəssamlarının – Rasim Babayev, Rəşad Babayev, Hüseyn Cəlilov, Teymur Daimi, İrina Eldarova, Leyli Ələkbərova, Ənvər Əsgərov, Hüseyn Haqverdiyev, Orxan Hüseynov, Fərhad Xəlilov, Zaur Kantemirov, Leyla Qabulova, Tərlan Qorçu, Sənan Qurbanov, Aida Mahmudova, Məmməd Mustafayev, Altay Sadıqzadə, Mir Nadir Zeynalov və "043" (Mövsüm və Ramil) yaradıcı kollektivinin əsərlərindən ibarət "METAKOD" adlı sərgi layihəsini təqdim edir.

Sərginin kuratorları: Fərəh Ələkbərli, Şirin Məlikova, Sabina Şıxlinskaya
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Tarixlər: 7 dekabr, 2022 – 30 aprel, 2023
Giriş sərbəstdir (COVID pasportu ilə)

Bəşəriyyət, ən qədim dövrlərdən bəri, vizual dildən istifadə edən zaman ideyaları ötürmək üçün, müxtəlif təsvirlər yaratmaqla, öz düşüncəsini "verballaşdırıb". İncəsənət və mədəniyyət tarixi boyunca vizual dil, məna və amillərin "kodlaşdırmaq" üçün istifadə edilib. Xəyali vəziyyətlərə reaksiya vermək qabiliyyəti isə, abstrakt (mücərrəd) düşüncənin inkişafının əsasını təşkil edib.

Ən qədim artefaktların səthlərində yer alan mücərrəd ornamentlər, incəsənətdə "abstrakt dilin" hələ çox qədim zamanlarda meydana gəlmə faktını sübuta yetirir. "Abstrakt dilin" estetik konsepsiyası belə ehtimal edir ki, bədii yaradıcılıq, həqiqət və gerçəkliyin xarici, yabançı hadisələrinin arxasında gizlənmiş kainatın qanunauyğunluğunu əks etdirir. Rəssam tərəfindən şüurlu və ya intuitiv şəkildə başa düşülən bu qanunauyğunluqlar, mücərrəd formaların nisbəti ilə ifadə olunur ki, burada xətlərin keyfiyyəti, formalar, tənasüblər və rənglər, mənanı birbaşa, obrazın istifadəsinə zərurət olmadan ötürür. Modernizm və postmodernizm sənətində, vizual dilin ilkin elementləri ilə işləyən sənətkarlar ümumi və fundamental kompozisiya prinsiplərinə müraciət edir və mücərrəd yaradıcılıq, dünya nizamının universal modelinə çevrilir.

Artıq bir dəfə vizual dil yaratmış xalqın nəsilləri olaraq, onun bərpası, qədim mənaların məcmusunun yenidən qurulması və müasirlik kontekstində, ənənəvi biliklərin yenidən mənalandırılması yetərincə aktual görünür. Şərti olaraq "metakod" adlanan yeni estetik və dünya görüşlü paradiqmanın konseptuallaşdırılması, "meta" prefiksinin Latın "post" prefiksi ilə qismən üst-üstə düşməsi faktına rəğmən, tamamilə əlahiddə bir dialektik məna əldə edir.

Yarandığı gündən bəri, bəşəriyyət ətrafdakı cisimləri və təbiəti müşahidə və təsvir edir, təxəyyülün köməyi ilə təfsir edir və bununla da, tamamilə fərqli bir ölçü yaradır; bəzən qeyri-maddi anlayışları – emosiyaları, düşüncələri və dini təsəvvürləri vizuallaşdırır. Beləliklə, ibtidai insanların rəsmlərinin çoxmənalı ideoqramlarından (ideoqrafik nişanlarından) başlayaraq, Qobustan və Gəmiqaya qayalarında müşahidə edə biləcəyimiz müxtəlif sənət növlərinin təməl əsasları yarandı. Heykəltəraşlıqda "metakod"un təcəssümünün bariz nümunəsi, qədim türklərin daş plastikasıdır. Daş plastikası – öz simvolizmi və sxematikliyi ilə fərqlənən, məzarlıqlarda ucaldılan, Orxon yazı abidələri və müasir sənət tarixində "balballar" kimi tanınan, insan fiqurları şəklində şaquli heykəllərdir. Xalça sənətinin dili gerçəkliyin "kodlaşdırılması", onun simvolik bir sistemə çevrilməsi prosesidir. Xalça – xalqın dünyagörüşü və vizual özünüifadə üsulunun işarələrində ifadə olunan məcmusudur.

Əsrlər boyu cilalanmış miniatür sənəti, öz realistikliyinə baxmayaraq, illüstrativ xarakterdən daha çox şifrələnmiş xarakter daşıyan vizual yazı olub. "Metakod" haqqında danışan zaman, Ərəb dilinin semantik çoxşaxəliliyini və onun əsasını təşkil edən xəttatlığı, ələlxüsus, onun İslam memarlığının bədii dizaynının vacib bir elementi kimi çıxış etməsini xatırlatmamaq mümkün deyil.

"METAKOD" sərgisi öz əsərlərində millətin "mədəni kodlarını" üzə çıxaran, müxtəlif dövrlərə aid 20 Azərbaycan rəssamının əsərlərini birləşdirir. Bu layihə-tədqiqatın kurator konsepsiyasının əsasında, müxtəlif incəsənət sahələrində bu günə qədər gəlib çatan xətlər və simvolların "gizli dili" qismində mədəni kodun transformasiyası haqqında nəzəriyyə dayanır.

Ekspozisiyaya yeni əsrin rəssamları ilə birgə dialoqda, "yenidənqurma" ("perestroyka") dövrünün rəssamlarının əsərləri də daxildir. XX əsrin 80-90-cı illərində formaların ümumiləşdirilməsi və geometriziasiyası, fonsuz kompozisiyalara müraciət, müxtəlif teksturalarla təcrübə ilə rəssamlar öz layiqli yerlərini tapa bilmədilər. Onların əsərlərində Sovet məktəbinin fiqurativ-məcazi yanaşması, həndəsəyə əsaslanan abstrakt ilə əvəzləndi. Yeni nəsil rəssamların yaradıcılığında mədəni kodların, bəzi mücərrəd subliminal "mesajların" təzahürləri, milli kimlik, fəlsəfə, tarix və siyasətlə ayrılmaz bir əlaqə qurmaqla yanaşı, eyni zamanda, texnologiyalar dilində vizuallaşdırma əldə edir.

Sərginin açılış gününün paralel proqramı:
20:00 – Bəstəkar Qleb Andrianovun simli kvartet ilə birgə multimedia performansı

İfaçılar:
Miltıx Aleksey
Ceyla Seyidova
Vaxtanq İmanov
Aqşin Göyüşov

Performansın rejissoru:
Andrianova Nata

Yeni media rəssamları:
Pyotr Elgisser
Slavin Aleksandr
Tumanov Vadim
Vladislav Kravçenko

Performer: Həsən Haqverdiyev

Ekspozisiyaya Azərbaycan Milli İncəsənət Muzeyi və Bakı Müasir İncəsənət Muzeyinin kolleksiyalarından əsərlər daxil edilib.

Ekspozisiyaya Azərbaycan Milli İncəsənət Muzeyi və Bakı Müasir İncəsənət Muzeyinin kolleksiyalarından əsərlər daxil edilib.

Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar, 12:00 – 20:00


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az