Cümə axşamı, 28 Avqust, 2025

Təhsil Tələbə Krediti Fondu tələbələr üçün SMM təcrübə proqramı elan edir!


  • Dərc edildi: 7 Aprel, 2023 - 16:31
Təhsil Tələbə Krediti Fondu tələbələr üçün SMM təcrübə proqramı elan edir!

Təhsil Tələbə Krediti Fondu tələbələr üçün SMM təcrübə proqramı elan edir!

Təcrübə proqramı həm nəzəri, həm praktik hissədən ibarət olmaqla bu sahədə 10 ildən artıq təcrübəyə malik olan xarici və yerli təlimçi və mentorlar tərəfindən müşayət ediləcəkdir.
Proqram çərçivəsində iştirakçılara İşgüzar Azərbaycan dili, Sosial media alətləri, Kontent planlama və Dizayn düşüncə mövzularında təlimlər keçiriləcəkdir.
Təcrübə proqramı cümə və şənbə günlərini əhatə etməklə 12 həftə davam edəcəkdir.
Təcrübə proqramını müvəffəqiyyətlə bitirən tələbələrə sertifikatlar təqdim ediləcəkdir.

Kursun müddəti: 15 aprel-15 iyun 2023-cü il tarixlərini əhatə edir.

Kursun gündəliyi:
İşgüzar dil və müasir yazı
Sosial Media Marketinqə giriş
Facebook, Instagram, Linkedin, Tiktok, Telegram, Twitter platformaları üçün A-dan Z-yə marketinq strategiyası
WhatsApp Business iş prinsipi, uğurlu istifadə qaydaları
Sosial şəbəkələrdə reklam funksionallıqları
Kontent planın hazırlanması
Aylıq, illik, rüblük hesabatların hazırlanması

Tələblər;
4-cu kurs və ya magistr tələbələri;
Yaradıcı, məsuliyyətli, ünsiyyətcil və çevik;
İnkişaf etmək həvəsində olan və imkanları dəyərləndirmə qabiliyyətli;

Yerlər Məhdud saydadır!

Maraqlı olan şəxslərdən CV-lərini “Təcrübəçi SMM” başlığı ilə “[email protected]” mail ünvanına göndərmələri xahiş olunur.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 726
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 142
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7592
Sumqayıt Dövlət Univ...