Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keçiriləcək!

"QadinFest" və “Women in Tech” platformalarının təşkilatçılığı ilə 28-29 yanvar,  saat 12:00-18:00-dək Bakı Dəniz Vağzalı (Nefçilər pr.62) nəzdində İncəsənət Mərkəzində “Qadınlar STEM”də adlı möhtəşəm Festival keçiriləcək!

STEM-Science (Təbiət elmləri), Technology (Texnologiya), Engineering (Mühəndislik) və Math (Riyaziyyat) sözlərinin ilk hərflərinin birləşməsindən yaranmışdır. Siz əlbəttə ki, festival nə üçün “Qadınlar STEM-də” adlanır deyə soruşacaqsınız, axı bu sahədə həm kişi, həm də qadın mütəxəssisləri çalışır? Əlbəttə, bəli! Festivalın qapıları hər kəs üçün açıqdır. Lakin, nəzərinizə çatdırmaq istərdik ki, qadınlar bu sahələrdə cəmi 30% təmsil olunurlar. Ona görə festival öz adı ilə bu suala diqqət çəkilməsi məqsədi daşıyır!

Festival təşkilatçıları STEM haqqında heç bir məlumatı olmayanlara STEM sahələri haqqında danışmaq, tələbə və gənc mütəxəssislərə iş tapmaq və xeyirli insanlarla əlaqə yaratmağa kömək etmək, həmçinin STEM-ə daha çox uşaq cəlb etmək üçün onlara festivalda əla əylənmək üçün şərait yaratmalarını qarşılarına məqsəd olaraq qoymuşlar!

Festivaldan nə gözləyək?

  • Çox maraqlı spikerlərin səmimi və möhtəşəm çıxışları. Siyahı ilə buradan tanış ola bilərsiniz.
  • Xeyirli tanışlıqlar və işə düzəlmə imkanı, çünki festival çərçivəsində əmək yarmarkası keçiriləcək. Öz CV-nizi gətirin.
  • Böyük uşaq meydançası, harada uşaqları qeyri-adi master-klasslar gözləyir, hansılara ki, digər vaxtlarda yüksək ödənişlərə və yer məhdudiyyətinə görə düşmək çox çətindir.

Tədbir rəsmi şəxslərin qeyri-rəsmi nitqlərini dinləmək və sizi maraqlandıran sualları vermək üçün möhtəşəm imkandır. Bütün çıxışlar Azərbaycan dilindədir.

Tədbir hamı üçün açıqdır, giriş sərbəstdir, qeydiyyatdan keçin ki, izdihamda gözləməyəsiniz, ailənizlə, övladlarınızla və dostlarınızla gəlin! Çox maraqlı və səmərəli olacaq!

Festivalda iştirak etmək üçünq qeydiyyatdan keçməyiniz xahiş olunur. Uşaq ərazisi üçün buraya, çıxış edənləri dinləmək üçün isə buraya daxil ola bilərsiniz. 

Festivalda iştirak ödənişsizdir. Bizim tərəfdaşlarımız olmasaydı, belə bir tədbir mümkün olmazdı!

Tədbirin təşkil olunmasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Bakı Limanı, BP, SOCAR, SOCAR CAPE, Always, Developia-ya xüsusi təşəkkürümüzü bildiririk. İlin ən maraqlı və faydalı tədbirlərinin birində görüşənə qədər!


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az