Çərşənbə axşamı, 26 Avqust, 2025

SMM və PR vəzifəsi üzrə təcrübə proqramı


  • Dərc edildi: 5 Mart, 2024 - 23:57
SMM və PR vəzifəsi üzrə təcrübə proqramı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat Könüllüləri” Təşkilatı tələbə, magistrant və gənc tədqiqatçılar üçün onlayn satış sahəsində ixtisaslaşmış SMM və PR vəzifəsi üzrə təcrübə proqramı elan edir!

Təcrübə proqramına cəlb ediləcək namizədlərdən tələb olunan bacarıqlar bunlardır:

- Qrafik dizayn və ilkin SMM bacarığı;
- Ünsiyyət və təqdimat bacarığı;
- Araşdırma qabiliyyəti;
- Xarici dil (əsasən ingilis dili) və kompüter bilikləri.

Siz 6 aylıq təcrübə müddətində bunları əldə edəcəksiniz:
- Təcrübəli mentorla işləmək;
- “Amazon”, “eBay”, “Alibaba” və s. kimi beynəlxalq platformalarda satış təcrübəsi;
- Sertifikat və Təşəkkürnamə;
- Müsbət xasiyyətnamə.

Təcrübə proqramı müvafiq qrafikə əsaslanır və ödənişsizdir.

Proqrama qoşulmaq istəyənlərdən [email protected] ünvanına CV göndərmələri və ya buradan https://volunteer.ereforms.gov.az/az/be-volunteer qeydiyyatdan keçmələri xahiş olunur.

 Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız müraciəti qəbul olunmuş şəxslərlə əlaqə saxlanacaq.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 642
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 123
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7495
Sumqayıt Dövlət Univ...