Çərşənbə axşamı, 1 İyul, 2025

IELTS müəllimi vakansiyası


  • Dərc edildi: 5 Mart, 2024 - 15:39
IELTS müəllimi vakansiyası

Şirkət haqqında: Vision Academy, qurulduğu gündən bəri bir çox sahələrdə xidmət göstərir. Hədəflərinə sadiq qalaraq Vision Academy, elm öyrənmək və bilik əldə etmək istəyənlərin əsas seçimlərindən biri olmuşdur. Mərkəzimizin əsas hədəflərindən biri də ölkənin təhsil sisteminin inkişafına dəstək vermək və bu sahədə yeniliklər yaratmaqdır.Bu hədəflərə çatmaq üçün bizimlə işləyən işçilərimizlə qürur duyuruq və sizi dost komandamıza qoşulmaqla Vision ailəsinin bir hissəsi olmağa dəvət edirik.

 

Tələblər:

• Bakalavr dərəcəsi (İngilis dili müəllimliyi ixtisası üzrə);

• Qruplar və fərdlərlə işləmək üzrə təcrübə;

• IELTS (7.5 və üzəri) sertifikatları mütləqdir;

• TESOL, CELTA, TOEFL kimi beynəlxalq tədris sertifikatları üstünlükdür;

• IELTS tədrisi sahəsində ən azı 1-3 illik təcrübə mütləqdir.

 

 

Vəzifə öhdəlikləri:

• Yüksək səviyyədə təqdimat və ünsiyyət bacarığı;

• İngilis dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı;

• Vaxtın idarə edilməsi bacarığı;

• Dil tədrisi metodikasında mövcud tendensiyalar və inkişafları bilmək;

• Tələbə ehtiyaclarının ödənilməsini təmin etmək üçün akademik məsləhətçi heyətimizlə ortaq çalışmaq;

• Tələbənin davamiyyət qeydlərini apara bilmək.

 

İş haqqında:

-       İş qrafiki: Dəyişkən;

-       ARƏM uyğun işə qəbul.

 

Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin olunacaqdır.

 

Tələblərə cavab verən namizədlər  öz CV-lərini “IELTS müəllimi” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 56
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 32
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 217
Məktəbəhazırlıq qrup...