İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şəki filialının müdiri vəzifəsi üzrə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şəki filialının müdiri vəzifəsi üzrə vakansiya elan edir.

📌Biz nə təklif edirik:

▪ Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
▪ Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
▪ Karyera irəliləyişlərində yaradılan şərait;
▪ Rəqabətədavamlı əmək haqqı;
▪ İldə üç dəfə mükafat.

📌Görəcəyiniz işlər:

▪ Müvafiq xəstəxanalarda sığorta işinin təşkili sahəsində metodiki köməkliyin göstərilməsi;
▪ Vətəndaş müraciətlərinə baxılması və şikayətlərin yerində araşdırılması;
▪ Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması məqsədilə monitorinqin aparılması;
▪ Xəstəxanalarla bağlanmış müqavilələrin icrasına nəzarətin həyata keçirilməsi və tələblərin təmin edilməsi barədə Agentliyə məlumatın təqdim edilməsi;
▪ Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında və müəyyən edilmiş qaydada tibbi ekspertiza işinin aparılmasının təmin edilməsi;
▪ Tibb müəssisələrində icbari tibbi sığorta ilə bağlı proseslərin avtomatlaşdırılmasına, habelə icbari tibbi sığorta sahəsinin İT infrastrukturunun təkmilləşdirilməsinə dəstək göstərmək;
▪ Heyətə effektiv rəhbərliyin təmin edilməsi;
▪ Filialın səmərəli işinin təmin edilməsi;
▪ Agentliyin İdarə Heyətinə filialın fəaliyyəti, çatışmazlıqlar və s. barədə mütəmadi hesabatın təmin edilməsi.

📌Bizim üçün uyğun namizəd:

▪ Ali tibb təhsili;
▪ 5 ildən az olmayaraq ümumi əmək stajı (ən az 2 il rəhbər təcrübəsi dövlət müəssisələrində);
▪ İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
▪ Satınalma, təchizat, müqavilə proseslərindən xəbərdar olmaq;
▪ Ofis proqramları üzrə biliklər;
▪ İntizamlılıq və nəticəyönümlülük;
▪ Ünsiyyət və təşkilatçılıq bacarığı;
▪ Stresə qarşı davamlılıq;
▪ Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliyin olması üstünlükdür.

📌Əlavə məlumatlar:

▪ İş qrafiki: 5 günlük iş həftəsi;
▪ İş vaxtı: 09:00 – 18:00.

📌Müraciət qaydası:

▪ Vakansiyaya son müraciət tarixi: 19.10.2022-ci il;
▪ CV-lər [email protected] ünvanına göndərilməlidir;
▪ Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir;
▪ Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

📌Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az