reklam

KİNOREJİSSORLAR ÜÇÜN ELAN

KİNOREJİSSORLAR ÜÇÜN ELAN

Bu il keçiriləcək YARAT Qısa Filmlər Festivalı (YARAT Shorts) çərçivəsində öz qısametrajlı bədii ekran əsərlərini nümayiş etdirmək istəyən, yenicə fəaliyyətə başlamış və ya karyeralarının inkişaf mərhələsində olan Azərbaycan kinorejissorları üçün filmlərin qəbulunu açıq elan edirik!

LAYİHƏNİN MƏQSƏDİ

Bizim əsas məqsədimiz, Azərbaycan, Gürcüstan və Böyük Britaniyadan olan, gənc istedadlar üçün platforma yaratmaq, yerli kinorejissorların filmlərinin geniş auditoriya arasında tanınmasını təmin etməkdir. Biz öz missiyamızı bütün YARAT məkanlarında keçiriləcək açıq havada və ya qapalı meydançalarda film nümayişləri, habelə beynəlxalq səviyyədə tanınmış rejissorlar, ssenaristlər və aktyorların iştirakı ilə baş tutacaq seminarlar, mühazirələr və müzakirələr daxil olmaqla, zəngin və rəngarəng maarifləndirici tədbirlər proqramı vasitəsilə həyata keçirəcəyik.

Bizim başlıca amalımız həm də gənc rejissorların debüt əsərlərini nümayiş etdirmək, intensiv təlimlər keçirməklə onlara motivasiya verməkdir.

KATEQORİYALAR

Bu il nümayiş olunacaq filmlər aşağıdakı mövzulara toxunmalı, yaxud müəyyən dərəcədə bu mövzuları əhatə etməlidir:

• Qadınlar və qadınların cəmiyyətdəki rolu
• Tənhalıq və özünüinkişaf
• Yaddaş və mental landşaftlar

Filmləri təqdim etmək üçün son tarix: 20 avqust

Əgər siz də festivalda iştirak etmək istəyirsinizsə, zəhmət olmasa, filminizin linkini [email protected] ünvanına göndərin.

Seçilmiş filmlər sentyabrda nümayiş olunacaq.

Tərəfdaşlar:
Gürcüstan filmləri Tbilisi Beynəlxalq Film Festivalının təşkilatçısı Nino Ancaparidze ("Prometey" Kinosənət Mərkəzi) tərəfindən təqdim ediləcək.

Britaniya kinematoqrafiyasının nümunələri, British Council ilə birgə tərəfdaşlıq çərçivəsində, BAFTA Film Awards-ın qalibləri tərəfindən təmsil ediləcək.

SEÇİM ÜÇÜN ƏSAS MEYARLAR

Festivalda iştirak hüququ qazanmaq üçün filminiz ilkin seçim tələblərinə də cavab verməlidir:
• Azərbaycan mənşəli və ya əsilli kinematoqrafçılarının birgə prodüser, rejissor və ya ssenari işi olan, ümumi müddəti 30 dəqiqədən az olan (yekun titrlər daxil olmaqla) istənilən film və ya video layihəsi. Bura ssenari əsasında hazırlanmış və ya improvizasiya xarakterli fantastika, eksperimental film, video və animasiya daxil ola bilər.
• Qısametrajlı filmlərin festivalda iştirak hüququna təsir edən, premyera ilə bağlı xüsusi tələblər və ya məhdudiyyətlər yoxdur. Filmlər daha əvvəl istənilən festivallarda və ya digər ictimai sərgilərdə nümayiş etdirilə, televiziya kanalları və ya İnternetdə yayımlana/translyasiya edilə, yaxud dünyanın istənilən yerində, istənilən məişət texnikası və ya digər ictimai yayım platformasından istifadə etməklə təqdim edilə bilər.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az