Bazar, 1 İyun, 2025

Biznes və innovasiya ilə bağlı kursların tədrisinin təşkil olunması üçün tyutorlar axtarılır


  • Dərc edildi: 26 Avqust, 2022 - 16:16
Biznes və innovasiya ilə bağlı kursların tədrisinin təşkil olunması üçün tyutorlar axtarılır

Tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan tədqiqat, biznes və innovasiya ilə bağlı kursların tədrisinin təşkil olunması üçün tyutorlar axtarılır.

Qeyd olunan platformada Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ARTİ tərəfindən həyata keçirilən “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində yaradılan “Elmi işlərin yazılması və nəşri”, “Tədqiqat metodologiyası, təcrübələr və layihələr”, “Verilənlərin toplanması, təhlili və idarə edilməsi”, “Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma” və “Sahibkarlıq təhsili və startap” kimi kurslar yer alır. ARTİ hal-hazırda qeyd olunan e-kursların məzmununun təkmilləşdirilməsi və onların tədrisinin təşkilində yer ala biləcək tyutorlar axtarışındadır.

Namizədlərə dair tələblər:

  • Ali təhsil (magistr və doktorantura dərəcəsinin olması üstünlükdür);
  • Uyğun mövzularda biliyin və peşəkar təcrübənin olması (e-kursların təşkili sahəsində təcrübə üstünlükdür);
  • Məsuliyyətlilik;
  • Koordinasiya və kommunikasiya bacarıqları;
  • Məsafədən təhsillə bağlı bilik və bacarıqlar;
  • Rəqəmsal platformalardan istifadə bacarığı;
  • Mükəmməl Azərbaycan və ingilis dili bacarıqları.

Vəzifə öhdəlikləri:

  • Kursların məzmununun nəzərdən keçirilməsi və təkmilləşdirilməsi;
  • Tədqiqat və innovasiya ilə bağlı e-kursların təşkilinə dəstək;
  • Kurslara qeydiyyat keçmiş tələbələrə nəzarət etmək;
  • Tələbələri məsafədən öyrənməyə həvəsləndirmək;
  • Tələbələrin suallarını və müraciətlərini cavablandırmaq;
  • Tələbələrlə məsləhət saatları təşkil etmək;
  • Ev tapşırıqlarını yoxlamaq, müvafiq rəy və qiymətlər vermək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Tyutorlardan e-kursların təşkil və tədrisində iştirak etmək üçün 3 ay ərzində həftəlik 5 saat vaxt tələb olunacaq.

Maraqlanan şəxslərdən öz CV-lərini tyutor olmaq istədikləri kursun adını başlıqda qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd edək ki, yalnız müsahibə mərhələsinə keçmiş şəxslərlə əlaqə saxlanılacaq.

Müraciət üçün son tarix: 10 sentyabr

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 125
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 179
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 97
XVIII Beynəlxalq Ast...