Çərşənbə axşamı, 22 İyul, 2025

Azerconnect şirkəti aşağıda qeyd olunan vakansiyalar üzrə namizədlər axtarır


  • Dərc edildi: 26 Yanvar, 2023 - 16:34
Azerconnect şirkəti aşağıda qeyd olunan vakansiyalar üzrə namizədlər axtarır

Azerconnect şirkəti olaraq aşağıda qeyd olunan vakansiyalar üzrə namizədləri öz komandamıza dəvət edirik!

Azerconnect Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir.

Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz. Biz bir sıra vəzifələrə müvafiq təcrübə və bacarıqlara sahib olan namizədləri axtarırıq:

-       Backend mühəndisliyi üzrə aparıcı ekspert
-       İT üzrə tətbiqetmələrin inkişafı üzrə bölmə rəhbəri
-       İT billing üzrə mühəndis
-       İT həllər üzrə arxitektor
-       UX/UI üzrə mütəxəssis
-       Məlumat mərkəzi sahələrin inkişafı üzrə ekspert
-       Enerji üzrə qəbul mühəndisi
-       Tikinti işləri üzrə qəbul mühəndisi
-       Mobil Test və Montaj işləri üzrə mühəndis
-       Məlumat analitikası və avtomatlaşdırma üzrə ekspert

Vakansiyalar barədə daha ətraflı məlumat almaq və müraciət etmək üçün şirkətimizin saytında karyera səhifəsinə aşağıdakı link vasitəsilə keçid almanızı xahiş edirik.
https://lnkd.in/dyAJVNJ

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4076
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2400
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 210
Bu gündən tələbələri...