Sizə yazıb bildirmək istərdik ki, “TEZ Logistics” MMC şirkəti olaraq Beynəlxalq yükdaşımada əsasən gömrük və müvəqqəti saxlanc anbarı xüsusi gömrük prosedurları altında malların yerləşdirilməsi, mallar üzərində anbarlaşma əməliyyatlarının həyata keçirilməsi, beynəlxalq tranzit, idxal-ixrac əməliyyatları, müxtəlif nəqliyyat növlərini ehtiva edən intermodal və multimodal daşımaların həyata keçirilməsini əhatə edir və ölkənin tranzit dəhlizlərinə əlavə tranzit yük axınlarını cəlb etmək, habelə bu sahədə yerli və beynəlxalq səviyyədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsi ilə məğul oluruq.
Vakansiya: Debitor Borclarının Hesablanması üzrə mütəxəssis
Tələblər:
- Mühasibat uçotu, maliyyə və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
- Azərbaycan dili – Ana dili, Rus dili – Sərbəst səviyyədə, İngilis dili – Üstünlükdür;
- Debitor borclarının hesablanması sahəsində iş təcrübəsi;
- Logistika sahəsində iş təcrübəsi üstünlük təşkil edir;
- Mühasibat proqramları və MS Office, xüsusilə Excel bilikləri;
- Yüksək təşkilatçılıq bacarıqları və detallara diqqət etmək bacarığı;
- Əla kommunikasiya bacarıqları və komanda ilə işləmə qabiliyyəti.
Öhdəliklər:
- Müştərilərə faktura-fakturaların hazırlanması və göndərilməsi;
- Ödənişlərin daxil olmasının izlənilməsi və debitor borclarının məlumatlarının yenilənməsi;
- Borclar və ödəniş şərtləri ilə bağlı müştərilərlə danışıqların aparılması;
- Fakturalarda olan mübahisəli məsələlərin və uyğunsuzluqların həll edilməsi;
- Faturaların dəqiqliyini təmin etmək üçün satış şöbəsi və müştəri xidməti ilə daimi əlaqə saxlanılması;
- Debitor borcları ilə bağlı hesabatların hazırlanması və məlumatların təhlili;
- Aylıq, rüb və illik mühasibat uçotunun bağlanmasında iştirak;
- Şirkətin bütün maliyyə siyasət və prosedurlarına riayət etmək.
İş şərtləri:
- Əmək haqqı - Müsahibə zamanı müəyyən olunur.
- İş rejimi 5 günlük iş həftəsi
- İş saatı: 09.00-18.00
- Nahar: Şirkət tərəfindən təmin edilir
- Korporativ mobil nömrə ilə təmin edilir.
- İş yeri: Hökməli qəsəbəsi, Bakı-Şamaxı Şossesi 15-ci km
Göstərilən tələblərə cavab verən şəxslərdən CV-lərini “Debitor Borclarının Hesablanması Mütəxəssisi” adını qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur