Cümə, 8 Avqust, 2025

"İş Klubu 6” layihəsinə qeydiyyat başlayıb


  • Dərc edildi: 6 Yanvar, 2023 - 21:34
"İş Klubu 6” layihəsinə qeydiyyat başlayıb

"İş Klubu 6” layihəsinə qeydiyyat başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı “İş Klubu 6” layihəsinə qeydiyyata start verib. 


Layihə çərçivəsində tələbələr, yeni məzunlar, işsiz və işaxtaranlar əyani olaraq karyera planlaması istiqamətində təlimlərdə iştirak etməklə bərabər, iş axtarış yollarını praktiki olaraq sınaqdan keçirmək imkanı əldə edəcəklər. 


Peşəkar ekspertlər tərəfindən 2 həftə müddətində iştirakçılara “Karyera planlaması”, “Əmək bazarının tələbləri”, “İş məqsədlərinin təyini”, “Effektiv CV hazırlığı”, “İstək məktubunun yazılma forması”, “Müsahibəyə hazırlıq qaydaları”, “İş axtarış alətləri ilə tanışlıq”, “İş təklifinin analizi” kimi mövzular ətrafında təlimlər keçiriləcək.

 

Layihədə iştirak etmək istəyən şəxslər 13 yanvar tarixinədək aşağıda qeyd olunan onlayn müraciət formasını doldurub qeydiyyatdan keçə bilərlər. Qeydiyyat mərhələsini uğurla keçmiş şəxslərlə elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq.

 

Qeydiyyat linki: https://forms.gle/sTGAzn6koCeFdcM96

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5961
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1175
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 428
“İnnovativ məktəb” l...