Öyrən, dərhal işə başla: 1 il ərzində öyrənə biləcəyin top 5 peşə və yerli kurslar

Öyrən, dərhal işə başla: 1 il ərzində öyrənə biləcəyin top 5 peşə və yerli kurslar

 

 

Yəqin ki, hər birimiz həyatımızda 1 dəfə də olsa “Görəsən, tez bir zamanda hansı sahəni öyrənib işləməyə başlaya bilərəm?” sualını öz-özümüzə vermişik. Xüsusilə son dönəmlərdə internetin həyatımıza daxil olması ilə birlikdə insanlar ənənəvi olmayan ixtisasları öyrənərək evlərindən çıxmadan (məsafədən, freelance) işləyə bilirlər.

 

Bəs 1 il ərzində öyrənib işə başlaya biləcəyin sahələr hansıdır?

 

Böyük ehtimal bu sualın cavabı uşaqlıqda sənə verilən “Böyüyəndə nə olmaq istəyirsən?” sualına verdiyin cavabdan tamamilə fərqlənəcək . 

 

Bu yazımızda sürətli şəkildə öyrənib tətbiq edə biləcəyin top 5 peşə və Azərbaycanda bu sahələri öyrənmək üçün ən uyğun təhsil mərkəzlərini sənin üçün ARAŞDIRDIQ.

1 Kiber təhlükəsizlik.

Siyahıda ilk yeri kiber təlükəsizlik tutur. Gündəlik həyatımızda texnologiya deyən kimi ağla məxfi məlumatların təhlükəsizliyi gəlir. Eyni situasiya şirkətlər və dövlət qurumları üçün də keçərlidir. Buna görə də kiber təhlükəsizlik mütəxəssisləri həm şirkət, həm də dövlət qurumlarında böyük rəğbətə sahibdir. Kiber təhlükəsizlik öyrənmək üçün müraciət edə biləcəyin yerli kurs tövsiyəmiz  - Defscope LLC.

2 Proqramlaşdırma

Xüsusilə son dönəmlərdə baş verən dəyişikliklər və alınan yeni qərarlardan sonra yəqin ki, IT sahəsinin üstünlüklərindən bəhs etməyə ehtiyac yoxdur. Artıq həyatımızın bütün dövrlərinə daxil olan proqramlaşdırma sahəsini öyrənib özünü inkişaf etdirmək səni hər zaman ətrafındakı insanlardan 3-0 öndə tutacaq. Proqramlaşdırma öyrənmək üçün müraciət edə biləcəyin yerli kurs tövsiyəmiz – Div Academy.

3 Dizayn

İnsanlar vizual olaraq gördükləri şeyi mətnlərdən daha yaxşı yadda saxlayır. Bu səbəbdən dizaynerlər şirkətlər üçün hər zaman əvəzolunmaz əməkdaşlardan biridir. Süni intellekt nə qədər inkişaf etsə də, insan təxəyyülünə və fərdi baxışa hər zaman ehtiyac yaranır. Ona görə də dizaynerlər sahələrindən hələ çox çörək yeyəcəklər. Dizayner ola bilmək üçün tövsiyə etdiyimiz yerli kurs – Baku Design Academy.

4 ACCA, CFA, PMS

Son dönəmlərdə mühasiblərə olan tələbat kifayət qədər azalsa da maliyyə mütəxəssislərinə olan tələbat minimum 10 il azalmayacaq. Riyazi hesablamalarla aran yaxşıdırsa və məntiqi təfəkkürün güclüdürsə maliyyə mütəxəssisi kimi karyeranda ən yüksək hədəfə çata bilərsən. Bizim yerli kurslardan tövsiyəmiz – Bridge Academy.

5 Data Science

Şirkətdə problemi həll edən şöbə deyən kimi ağlımıza ilk verilənlər bazası gəlir. Daxilində riyaziyyat, statistika, proqramlaşdırma və maliyyə kimi bir çox elmi eyni yerə toplayan Data Science sahəsini öyrənmək üçün foksunu dağıtmamalı və eyni hədəfə dəfələrlə toxunmalısan. Sahəni öyrənmək üçün yerli kurs tövsiyəmiz – QSS Analitcs.

 

Gəlin ilin bu günü, bu sahələrdən birində inkişaf edib iş dünyasında öz yerini tutmaq istəyirsənsə, elə indi hərəkətə başla!



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az