Çərşənbə axşamı, 1 İyul, 2025

“CyberCamp 2023” qış kampı təşkil ediləcək


  • Dərc edildi: 31 Yanvar, 2023 - 15:35
“CyberCamp 2023” qış kampı təşkil ediləcək

8 – 12 fevral 2023-cü il tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi təşkilatçılığı ilə Quba rayonunda “CyberCamp 2023” qış kampı təşkil ediləcək. Quba rayonunda yerləşən UNEC-in Tədris, İdman və İstirahət Kompleksində baş tutacaq kampın qiymətləndirmə mərhələsinin ikinci turu 4 fevral 2023-cü il tarixində keçiriləcək.   

Layihənin məqsədi kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək istəyən və kibertəhlükəsizlik sahəsində karyera hədəfləri olan tələbə və gənclərin bir mühitdə toplanması, komanda işinə cəlb olunması və yeni iş imkanları əldə etməsinə şərait yaradılmasıdır.

 “CyberCamp” zamanı iştirakçılar üçün kibertəhlükəsizlik üzrə laboratoriya mühitində müxətlif istiqamətlərdə praktiki fəaliyyətlərin təşkili planlaşdırılır.

Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün 4 fevral 2023-cü il saat 10:00-da Azərbaycan Texniki Universitetində növbəti qiymətləndirmə imtahanı təşkil ediləcək. Praktiki tapşırıqlardan ibarət olan imtahandan uğurla keçən şəxslər kampda iştirak hüququ qazanacaqdır.

‼️Kampda iştirakçı sayı məhduddur. Seçilən şəxslərə qış kampı barədə məlumatlar elektron poçt vasitəsilə göndəriləcək.

Qeydiyyat üçün keçid: https://forms.gle/n79cyKA7VPknRWcH6
 İmtahan keçiriləcək ünvan:  Azərbaycan Texniki Universiteti - H.Cavid prospekti 25, Baku, Azərbaycan AZ 1073
Əlaqə: +99499 899 01 11

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 58
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 32
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 217
Məktəbəhazırlıq qrup...