Şəxsi keyfiyyətlər:
- Xoş görünüşlü və mehriban
- Etik qaydalara uyğun davranışa sahib
- Məsuliyyətli
- Ünsiyyət qurabilmə qabiliyyəti
- Qərarvermə qabiliyyəti
- Proaktiv
Peşəkar tələblər:
- Mütləq müvafiq sahədə ali təhsil (Marketinq, biznes, menecement, iqtisadiyyat)
- Marketinq sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi
- Mükəmməl Azərbaycan dili, araşdırma səviyyəsində ingilis və rus dillərini bilmək
- Microsoft ofis proqramları ilə işləmək
- Kreativ və yeniliklərə açıq olan
İşçi bilməlidir:
- Ümumi şəbəkə marketinqini və marketinq strategiyasının inkişaf əsaslarını
- Makro və mikro iqtisadiyyat barədə əsas anlayışları
- Qlobal və yerli bazarda əsas marketinq tendesiyalarını
- Rəqəmsal və ənənəvi marketinq haqqında ümumi məlumatları
- Marketinq planına və strategiyasına əsasən, analitik düşünərək və təhlil edərək işlərin icrasını
- Düzgün marketinq alətlərinin, reklam və PR kanallarının seçilməsini
- Qrafik, motion dizayn işlərində korporativ stilə, brendbuka uyğun düzgün seçimlər etməyi
- Azərbaycan dilinin qrammatik normalarını
- Marketinq araşdırmalarının aparılmasının ilkin nəzəriyyə və praktikalarını
- Marketinq kampaniyalarının gedişatı prosesində müvafiq işlərin icrasını
- Müqavilələrin bağlanması barədə qayda və əsas müddəaları
Vəzifə öhdəlikləri:
- Marketinq strategiyası və marketinq siyasətininə uyğun olaran işlərin icrası
- Bazarın vəziyyətini, onu maraqlandıran məhsul və xidmətlərə tələb və təklifi daim öyrənmək
- Müxtəlif şirkətlərin nümayəndələri, müəssisənin partnyor-şirkətlərinin nümayəndələri ilə danışıqlar aparmaq
- Kütləvi informasiya vasitələrində press-relizlərin yerləşdirilməsi, iqtisadi təbliğat üçün yerləşdiriləcək məhsulların hazırlanması
- TV, radio, rəqəmsal, indoor və outdoor, partizan və s. reklamlarının yerləşdirilməsinin seçim prosesində iştirak, müxtəlif layihələrdə sponsorluq təkliflərinin dəyərləndirilməsi üçün təkliflər vermək
- Şirkətin əməkdaşlıq etdiyi vendorlarla və dövlət müəssisələri ilə B2B əlaqələrə uyğun işlərin icrası
- Şirkətdaxili PR layihələrinin hazırlanması və icrasında iştirak
- Rəqib analizi etmək, analizə əsasən hesabatlar hazırlamaq
- Şirkətin korporativ stil və brendbukuna uyğun olaraq dizayn vizuallarının yaradılmasında iştirak
- Şirkətin veb saytlarının idarəedilməsinə, məlumatların yenilənməsi üçün kontent, vizualların hazırlanmasında iştirak
- Trendləri izləmək, kreativ yanaşmalar etmək, “RTM”-lərə uyğun işlərin icrası
- Filiallar şəbəkəsi, departament və şöbələrlə qarşılıqlı işlərin icrası
- ADRA ilə bağlı işlərin idarə edilməsi və icrası
Ə/h: razılaşma yolu ilə
Komandamıza qoşulmaqla Siz əldə edəcəksiniz:
- Maliyyə bazarının liderlərindən olan şirkətdə iş təcrübəsi
- Peşəkarlardan ibarət korporativ mühitdə nəticəyönümlü iş
- Karyera inkişafı imkanları
- Təlim və fərdi inkişaf proqramları
- Korporativ nömrə ilə təmin olunma
- Partnyor şirkətlərdə güzəşt və endirimlər
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Marketinq şöbəsi üçün marketinq mütəxəssisi” başlığı ilə elektron ünvanına göndərməkləri xahiş olunur.
Ünvan: Bakı şəhəri, Səməd Vurğun küç. 60.
Əlaqə nömrəsi: (+994 51) 2303407
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur