PMD Projects MMC qeyd olunmuş sahələr üzrə 3 aylıq ödənişli (Maaşlı) "Təcrübə proqramı" elan edir.
• İnşaat mühəndisi (İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil);
• Memar (Memarlıq ixtisası üzrə ali təhsil);
• Tikinti xərclərinə nəzarət üzrə (İnşaat mühəndisliyi və ya oxşar ixtisas üzrə ali təhsil);
• Planlaşdırma üzrə (İnşaat mühəndisliyi və ya oxşar ixtisas üzrə ali təhsil);
• Mexanika mühəndisi (Mexanika mühəndisliyi sahəsi üzrə ali təhsil);
• Elektrik mühəndisi (Elektrik mühəndisliyi üzrə ali təhsil);
• Keyfiyyətə nəzarət üzrə (İnşaat mühəndisliyi və ya oxşar ixtisas üzrə ali təhsil);
• Avtomatlaşdırma və elektronika mühəndisi (Avtomatlaşdırma və elektronika sahəsi üzrə ali təhsil);
• Geodeziya mühəndisi (Geodeziya mühəndisliyi və ya oxşar ixtisas üzrə ali təhsil);
• Müqavilələr üzrə (İqtisadiyyat, hüquq və digər oxşar ixtisas üzrə ali təhsil);
• Sənədlərə nəzarət üzrə (Müvafiq ixtisas üzrə ali təhsil);
• Satınalmalar üzrə (Müvafiq ixtisas üzrə ali təhsil);
• İnzibati işlər üzrə (Müvafiq ixtisas üzrə ali təhsil);
• İctimaiyyətlə əlaqələr üzrə (Müvafiq ixtisas üzrə ali təhsil);
• SƏTƏM üzrə (SƏTƏM və ya oxşar ixtisas üzrə ali təhsil).
Əsas tələblər:
- Təcrübə proqramına kimlər müraciət edə bilər: Cari il üzrə məzun və ya hal-hazırda 4-cü kursda təhsil alan tələbələr;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili - yaxşı;
- Kompüter bilikləri: MS Office - yaxşı;
- Ünsiyyət və komanda ilə çalışma bacarığı;
- Öyrənməyə həvəsli və təşəbbüskar olmaq.
Seçim test və müsahibə mərhələlərindən ibarət olacaqdır.
Təcrübə proqramına qoşulmaq istəyən namizədlərdən keçiddən istifadə edərək müraciət etmələri xahiş olunur.
Yalnız qeyd olunan tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.
Son tarix
Oktyabr 31, 2024
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur