Vəzifə: Həkim
İş yeri: Bakı şəhəri və rayonlar (Naftalan, Yevlax, Qəbələ, Xaçmaz, Lənkaran və s.)
İş təcrübəsi: Minumum 2-3 il iş təcrübəsi
Təhsil: Ali tibb təhsili
Yaş həddi: 27 - 55 yaş
Vəzifə öhdəlikləri:
- Zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirlərin təşkil edilməsi və ya müstəqil surətdə aparılması;
- Stasionarda xəstəyə gündəlik baxışın keçirilməsi;
- Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edilməsi və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etməsi;
- Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımın göstərilməsi;
- Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edilməsi, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etməsi;
- Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etməsi;
- Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak etməsi;
- Öz işinin planlaşdırılması və öz fəaliyyətinin göstəricilərini təhlil etməsi;
- Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etməsi;
- Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra edilməsi;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edilməsi, mütəmadi olaraq öz ixtisasını artırılması;
- Müəyyən olunmuş qaydada sertifikasiyadan keçməsi;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsinin təşkil edilməsi.
Tələblər:
-Praktik-Tibbi fəaliyyətlə məşğul olmaq hüququ verən sertifikasiyası imtahanından keçmək;
-MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı.
Əmək haqqı: 1000 AZN-dək.
Təminatlar:
-İllik performans göstəricilərinə uyğun mükafat sistemi;
-Kollektiv mükafat.
İş qrafiki: Həftədə 6 gün, (rayonlarda əvəzçilik mümkündür, əvəzçilik üzrə - günlük 3 saat)
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını yazaraq CV göndərməklə müraciət edilir.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur