Çərşənbə, 13 Avqust, 2025

İngilis dilini təkmilləşdirmək istəyən tələbələrin nəzərinə!


  • Dərc edildi: 26 May, 2023 - 20:59
İngilis dilini təkmilləşdirmək istəyən tələbələrin nəzərinə!

İngilis dilini təkmilləşdirmək istəyən tələbələrin nəzərinə!

Təhsil Tələbə Krediti Fondunun tərəfdaşlığı və Amerika Birləşmiş Ştatlarının Azərbaycan Səfirliyinin maliyyə dəstəyi ilə keçiriləcək ingilis dilində virtual təhsil proqramı layihəsinin başladığını elan edirik.

Bu layihə tələbələrin aşağıdakı proqramlar üzrə ingilis dili bilik və bacarıqlarını təkminləşdirmək üçün nəzərdə tutulmuşdur.
• İngilis dilində 4 bacarıq ( oxumaq, yazmaq, danışıq, dinləmə), qrammatika və lüğətin təkmilləşdirilməsi proqramı;
• Akademik Məqsədlər üçün İngilis dili proqramı (EAP)
• Xüsusi sahələr (İT və Biznes)üzrə ingilis dili proqramı

Proqrama orta (intermediate) dərəcədə ingilis dili bilikləri olan, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin 3- 4-cü kurslarında və magistratura səviyyəsində təhsil alan tələbələr müraciət edə bilərlər.
İngilis dilində virtual təhsil proqramı 10 iyul -11 sentyabr 2023-cü il tarixlərini əhatə etməklə 10 həftə davam edəcəkdir. Proqramı uğurla bitirən tələbələrə sertifikat veriləcəkdir.

İştirak etmək istəyənləri 5 iyun 2023-cü il tarixinədək onlayn müraciət ilə qeydiyyatdan keçməyə dəvət edirik .

Yerlər məhdud olduğundan, tələbələrdən müraciət linkindəki formu tez bir zamanda doldurmaları tövsiyyə olunur.

Seçim mərhələsində Təhsil Tələbə Kreditlərindən yararlanan, sosial həssas ailə qruplarında olan və regionlarda ali təhsil alan tələblərə daha çox üstünlük veriləcəkdir.

İngilis dili biliklərinizi artırmaq və gələcək karyera perspektivlərinizi inkişaf etdirmək istəyirsinizdə bu fürsəti qaçırmayın !

Qeydiyyat:  LİNK

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6452
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1427
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 550
“İnnovativ məktəb” l...