reklam

“Ofisiant-Kassir (Universal işçi)” vakansiyası

 “Pizza Mizza” MMC-yə “Ofisiant-Kassir (Universal işçi)”  tələb olunur.

"Pizza Mizza" restoranlar şəbəkəsinin yaranma ideyası 2000-ci ilə təsadüf edir. "Pizza Mizza" nazik xəmirdə Alman keyfiyyətinə əsasən hazırlanan pizza deməkdir. Reseptləri unikaldır və inqrediyentləri isə ideal şəkildə uyğunlaşdırılmışdır. Hazırlıq zamanı yalnız yüksək keyfiyyətli avropa məhsullarından istifadə olunur. Yeməklərin hazırlanması prosesinə xüsusi şəkildə nəzarət olunur. Pizza Mizza yalnız alman dəqiqliyi deyil, o eyni zamanda kulinariyaya özəl italyansayağı yanaşmadır. İlk "Pizza Mizza" şöbəsinin açılışı 6 may 2014-cü ildə baş tutmuşdur.

İş barədə məlumat:

- Müştərilərin qarşılanması və xidmət edilməsi

- Menyuda olan bütün məhsulların çeşidi, qiyməti,həmin məhsulların tərkibi və mövcud aksiyalar haqqında müştərilərə düzgün məlumatı təqdim etmək
- Sifarişi düzgün qaydada qəbul etmək
- Hesabı düzgün qaydada təqdim etmək və qəbul etmək 
- Müştəri ilə standartlara uyğun nəzakətli şəkildə ünsiyyətin qurulması və müştərilərə yüksək səviyyədə xidmət göstərmək
- Masaların standarta əsasən təmizlənməsini, masa üstü avadanlıqların düzgün qoyuluşunu icra etmək
- Müştərilər tərəfindən edilən şikayət/etirazları səbrlə dinləmək və müsbət həllini icra etmək

- Orta çekin artırılmasınını təmin etmək

-Kassa depozitinin yoxlanılmasını icra etmək

-Restoranda olan cihaz, avadanlıq və qurğuların fasiləsiz işləməsinə nəzarət etmək

- Sifarişlərin müştərilərə göndərilməsinin və hazırlanmasının düzgünlüyünə nəzarət və təmin etmək

- Qonaqların rəylərinin öyrənilməsi üçün sorğuları həyata keçirilməsi prosesində iştirak etmək və sorğu nəticələrinə əsasən, müvafiq təkliflər vermək

-İş mühitində rahat və dəstəkverici mühitin yaradılmasına töhvə vermək

 -Malların yararlılıq müddətinə və keyfiyyətinə nəzarət etmək

 

Namizədə tələblər:

            - Ali təhsil arzuolunandır

            - Restoranın qrafikinə uyğun işləyə bilməli

- Müvafiq sahədə minimum 1-3 il təcrübə

- Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır)

- Yaş 21 - 35

- Kişi namizədlər üçün mütləq tələb - üz təraşlı olmalı

- Ofis proqramlarının biliyi

- Komandada işləmək bacarığı

- İdarə etmə bacarıqları.

            - Səlis nitqi olmalı 

- Gülərüz, nəzakətli, ünsiyyətçil, yüksək xidmət göstərmək bacarığı olmalı
            - Fəal, məsuliyyətli, punktual, stressə davamlı olmalı

       

İş şəraiti:

 

  • Mehriban və gənc kollektiv
  • Karyera yüksəlişi imkanı
  • İş vaxtı qrafikə əsasən- tam iş günü, 6 günlük
  • Nahar və forma şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı 500 azn + motivasiya

 

Maraqlananlar CV-lərini “Ofisiant-Kassir (Universal işçi)” başlığı altında [email protected]    elektron ünvanına göndərə bilərlər. 

https://pizzamizza.az/az/resume/ linkindən də məlumatları təqdim etmək mümkündür. 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az