“Piyada Kuryer” vakansiyası

“Pizza Mizza” MMC-yə “Piyada Kuryer” tələb olunur.

  "Pizza Mizza" restoranlar şəbəkəsinin yaranma ideyası 2000-ci ilə təsadüf edir. "Pizza Mizza" nazik xəmirdə Alman keyfiyyətinə əsasən hazırlanan pizza deməkdir. Reseptləri unikaldır və inqrediyentləri isə ideal şəkildə uyğunlaşdırılmışdır. Hazırlıq zamanı yalnız yüksək keyfiyyətli avropa məhsullarından istifadə olunur. Yeməklərin hazırlanması prosesinə xüsusi şəkildə nəzarət olunur. Pizza Mizza yalnız alman dəqiqliyi deyil, o eyni zamanda kulinariyaya özəl italyansayağı yanaşmadır. İlk "Pizza Mizza" şöbəsinin açılışı 6 may 2014-cü ildə baş tutmuşdur.

İş barədə məlumat:

  • Sifarişin vaxtında ünvana səliqəli və qüsursuz çatdırılması
  • Hesabın düzgün verilməsi və qalığın müştəriyə qaytarılması
  • Bukletlərin paylanılması

Namizədə tələblər:

 -Yaş 18-35 

- Velosiped sürmək bacarığı olmalı
- Nizam-intizamlı olmalı, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli
- Naviqatordan istifadə (WAZE) bacarığı
- Səliqəli görünüş (hər zaman üzü təraşlı)
- Danışıq və davranış qaydalarını bilməli
- Şirkət daxili qaydalara tam şəkildə riayət etmək

 

İş şəraiti:

 

  • İş vaxtı qrafikə əsasən, 6 günlük iş rejimi
  • Rəsmiləşdirmə
  • Əmək haqqı əsas əmək haqqı və sifariş sayından asılı olaraq əlavə hissədən ibarətdir.  
  • Nahar 
  • Forma

 

Maraqlananlar CV-lərini “Piyada Kuryer” başlığı altında  [email protected] elektron ünvanına göndərə bilərlər. 

https://pizzamizza.az/az/resume/ linkindən də məlumatları təqdim etmək mümkündür. 



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az