“Pizza Mizza” MMC-yə “Pizzaçı” tələb olunur.
"Pizza Mizza" restoranlar şəbəkəsinin yaranma ideyası 2000-ci ilə təsadüf edir. "Pizza Mizza" nazik xəmirdə Alman keyfiyyətinə əsasən hazırlanan pizza deməkdir. Reseptləri unikaldır və inqrediyentləri isə ideal şəkildə uyğunlaşdırılmışdır. Hazırlıq zamanı yalnız yüksək keyfiyyətli avropa məhsullarından istifadə olunur. Yeməklərin hazırlanması prosesinə xüsusi şəkildə nəzarət olunur. Pizza Mizza yalnız alman dəqiqliyi deyil, o eyni zamanda kulinariyaya özəl italyansayağı yanaşmadır. İlk "Pizza Mizza" şöbəsinin açılışı 6 may 2014-cü ildə baş tutmuşdur.
İş barədə məlumat:
Mətbəxin ümumi gündəlik işinin təşkili, planlaşdırılması və koordinasiyasında Baş Pizzamenə dəstək verir
- Pizzaların, sendviçlərin, salatların, qəlyanaltıların və pastaların hazırlanması təmin edir
- Sifarişin standarta uyğun vaxtında hazırlanmasını təmin edir
- Mətbəx işçi heyətinin işinin səmərəli təşkili və idarə olunmasında dəstək verir
- Məhsulların yararlılıq müddətinə və keyfiyyətinə nəzarət edir
- Məhsulları müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını həyata keçirir
- Gün ərzində standartlar əsasında xəmirin kündələnməsini, tərəvəzlərin doğranılması həyata keçirir
- Mətbəx avadanlıqlarının təmizliyini həyata keçirir
- Mətbəxdə gigiyena və qida təhlükəsizliyi standartlarının tələblərinə riayət edir
Namizədə tələblər:
- Yaş 18-35
- Restoran sahəsi üzrə həvəs və marağı olmalı
- Komanda ilə işləmək bacarığı olmalı
- Məsuliyyətli, təmizkar, punktual olmalı
İş şəraiti:
- İş vaxtı qrafikə əsasən
- Əmək haqqı 500 azn
- Nahar şirkət tərəfindən verilir.
Maraqlananlar CV-lərini “Pizzaçı” başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.
https://pizzamizza.az/az/resume/ linkindən də məlumatları təqdim etmək mümkündür.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur