Bazar, 1 İyun, 2025

Peşə Təhsili üzrə Dövlət Agentliyi “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir


  • Dərc edildi: 18 Noyabr, 2022 - 11:41
Peşə Təhsili üzrə Dövlət Agentliyi “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (humanitar, sosial elmlər, idarəetmə və s.)
  • Təhsil sahəsində minimum 1 illik iş təcrübəsi
  • “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; ali məktəb pedaqogikasını və psixologiyasını; tədrisin təşkili qaydalarını; tədris planları və proqramlarla işləməyi; tələbələrlə davranış qaydalarını; tələbələrlə işin psixoloji xüsusiyyətlərini.
  • Tədris planları və sillabusların hazırlanması ilə bağlı bilik və bacarıqlar
  • Təşkilatçılıq və koordinasiya bacarıqları
  • Yüksək səviyyədə tələbələrlə ünsiyyət qurmaq bacarığı
  • “Microsoft Office” proqramlarından istifadə bacarığı
  • Xarici dil biliyi olması üstünlükdür;

Vəzifə üzrə öhdəliklər:

  • Tələbələrin akademik maraqlarını qorumaq və müdafiə etmək;
  • Tədris prosesinin təşkili ilə bağlı zəruri məlumatları və sənədləri tələbələrə təqdim etmək;
  • Tələbələrin fərdi tədris və iş planlarının tərtibi üçün onlara qrup halında və ya fərdi məsləhətlər vermək;
  • İl ərzində müntəzəm olaraq akademik məsləhətləşmələr təşkil etmək;
  • Tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil etmək və ixtisaslar (proqramlar) üzrə illik işçi planlarının tərtib edilməsində iştirak etmək;
  • İmtahanların təşkilinə yardım etmək;
  • Semestr üzrə tədrisin gedişatına nəzarət etmək və lazımi hesabatları rəhbərliyə çatdırmaq;
  • Tələbələrə fərdi tədris planında dəyişiklik aparmağa yardım göstərmək;
  • İstiqamətlər (ixtisaslar, proqramlar) üzrə təhsil almaq üçün lazım olan metodik materialların hazırlanmasına və mövcudluğuna, eləcə də tələbələrin modullar üzrə attestasiyasının keçirilməsini təmin etmək.
  • yay semestrinin təşkilində iştirak etmək

 

İş qrafiki: Bazar ertəsi-cümə, saat 09:00-18:00
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq

Son müraciət tarixi: 25 noyabr

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron ünvanına mövzu yerinə “akademik məsləhətçi (tyutor)”qeyd etməklə göndərə bilərlər.

Nəzərinizə çatdırırq ki, yalnız seçilən namizədlərlə 1 dekabr 2022-ci il tarixinədək əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 130
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 183
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 99
XVIII Beynəlxalq Ast...