İşə Qəbul üzrə Mütəxəssis vakansiyası

Müraciət tarixi: 31/08/2022 - 15/09/2022

İş yeri: Bakı

Vəzifə: İşə Qəbul üzrə Mütəxəssis – İnsan Resursları departamenti

 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı

İşə Qəbul üzrə Mütəxəssis – İnsan Resursları departamenti vəzifəsini elan edir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • İşə Qəbul prosesini idarə etmək və bu prosesin xərc və vaxt baxımından səmərəli olmasını təmin etmək
  • İş üçün müraciət formaları, seçim aparılması üçün testlər, tapşırıqlar və işə qəbul prosesi ilə bağlı digər sənədləri tərtib etmək və yeniləmək
  • Yeni vakansiyalarla bağlı Xətti Menecerlər ilə uyğun namizəd profilini təyin etmək, elanlar hazırlamaq və müvafiq qaydada uyğun kanallar vasitəsilə yerləşdirilməsini və düzgün auditoriyaya çatmasını təmin və monitorinq etmək
  • Müsahibələr, sınaqlar və digər İşə Qəbul üçün istifadə olunan seçim metodları daxil olmaqla, seçim proseslərini tərtib etmək və seçim proseslərinin müvafiq olaraq həyata keçirildiyini təmin etmək
  • İş yarmarkaları və digər tədbirlərdə, uyğun hesab edilən hallarda, “FINCA”nın adından iştirak etmək
  • “FINCA Azerbaijan”ın işə qəbul proseslərini monitorinq etmək və qiymətləndirmək və bu prosesləri zaman keçdikcə təkmilləşdirmək üçün fəal şəkildə vasitələri araşdırmaq, müvafiq hesab edilən hallarda İnsan Resursları ilə bağlı təlimatda təkmilləşmələrin aparılması üçün tövsiyələr vermək

Namizəddən gözləntilərimiz

Təhsil və Təcrübə:

  • Ali təhsil: Biznesin İdarə Edilməsi, İnsan Resursları və ya əlaqəli sahə üzrə Bakalavr dərəcəsi
  • İşə Qəbul üzrə Mütəxəssis və ya oxşar rollarda ən azı 2 il iş təcrübəsi
  • Tam Işə Qəbul dövrünü idarə etmək bacarığı (yüksək dərəcədə, üstünlük olaraq dəyərləndiriləcək)
  • İşə Qəbul prosesində müxtəlif qəbul olunmuş metodikalar üzrə biliklər (üstünlük olaraq dəyərləndiriləcək)
  • Ənənəvi və müasir İşə Qəbul metodları, alət və texnika ilə tanışlıq

Digər Bilik və Bacarıqlar:

  • Ofis proqramları (MS Office) və təqdimat proqramları (PowerPoint və s.) üzrə peşəkar təcrübə
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı
  • Bir neçə tapşırığın öhdəsindən gəlmək və verilənləri qiymətləndirmək və təhlil etmək bacarığı
  • Təsirli və yüksək Ünsiyyət (həm şifahi, həm də yazılı), Təqdimat bacarıqları
  • Vaxtın mükəmməl İdarə Edilməsi və Təşkilatçılıq bacarıqları
  • Təşəbbüskarlıq
  • Dil Bilikləri: Azərbaycan dili – səlist; İngilis dili – sübut olunmuş Orta səviyyə;

Rus dili – üstünlük olaraq dəyərləndiriləcək

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda müraciət etmək üçün aşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın,  15 Sentyabr, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

 “FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 18 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az