Şənbə, 10 May, 2025

Performans üzrə ustad dərsi: Nezaket Ekici “Qısa, lakin intensiv”


  • Admin:
  • | Dərc edildi: 22 Noyabr, 2022 - 18:55
Performans üzrə ustad dərsi: Nezaket Ekici “Qısa, lakin intensiv”

Nezaket Ekici ilə "Qısa, lakin intensiv" performans üzrə ustad dərsi 

Performansda diqqət konsentrasiyası üzrə tapşırıqlar Sizə məkanda mövcudluğu inkişaf etdirməyə kömək edəcək. Rəssam, bəzi əsərlərini performansın fraqmentləri kimi nümayiş etdirəcək və iştirakçılarla birgə çıxış edəcək. Siz öz bədəninizin köməyi ilə diqqət konsentrasiyasını artırmaq və onu hərəkətə çevirməklə bağlı strategiyaları öyrənəcəksiniz. Performans vasitəsilə öz ideyalarınızı təqdim etməyi və müəyyən mənada, sənət əsərini həyata keçirməyi öyrənəcəksiniz; çünki, performans, mahiyyət etibarilə, bir fikrin zamanla idarə edilməsi və bir sənət əsərinin "hərəkətə gətirilməsini" ehtiva edir.

Nezaket Ekici (d.1970, Türkiyə) Berlin, Ştutqart və İstanbulda yaşayır və fəaliyyət göstərir. Lüdviq Maksimilian Universitetində incəsənət təhsili üzrə magistr dərəcəsinə yiyələnib, eyni zamanda, Təsviri İncəsənət Akademiyasında heykəltəraşlıq üzrə incəsənət təhsilini almışdır (2000, Münhen). Nezaket Ekici 4 qitənin 60-dan çox ölkəsində 300-dən çox performans əsərini təqdim etmişdir. Braunşveyq Təsviri İncəsənət Universitetində Marina Abramoviçdən performans sənətini öyrənən Nezaket Ekici, öz çıxışları ilə fiziki baxımdan mümkün olan sərhədləri aşır. Rəssam, hekayə aləti qismində öz bədənindən kimi istifadə edir. Onun performans və instalyasiya kimi təqdim olunan əsərlərində yerdəyişmə, məkan, material, vücud, hərəkət, qarşılıqlı təsir kimi cəhətlər mühüm rol oynayır.

28 noyabr, 10:00 – 18:00 (müddət: 8 saat)
YARAT Mərkəzi
Dil: ingilis dilində, Azərbaycan dilinə ardıcıl tərcümə ilə
Qeydiyyatdan keçmək üçün LİNK
Yerlərin sayı məhduddur. Qeydiyyatdan keçəndən sonra sizə SMS və e-poçt təsdiqləməsi göndəriləcək
COVID pasportu mütləqdir

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 304
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 718
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 369
Xaricdə təhsil almaq...