Cümə axşamı, 28 Avqust, 2025

“Sabahın Gücü” İnkişaf proqramına qeydiyyat yenidən başladı


  • Dərc edildi: 23 Yanvar, 2025 - 14:16
“Sabahın Gücü” İnkişaf proqramına qeydiyyat yenidən başladı

“Sabahın Gücü” İnkişaf proqramına qeydiyyat yenidən başladı. 

 

STP Şirkətlər Qrupu sənaye mühəndisliyi yolunda inkişafınız üçün mükəmməl bir şans yaratmağa davam edir 

"Sabahın Gücü" - STP Şirkətlər Qrupunun İnkişaf Platforması STP-nin zavodlarında, həmçinin Türkiyə və İsrailin istehsalat müəssisələrində müvafiq sahələr üzrə təcrübə qazanmaq, ixtisasınıza aid texniki təlimlərdə iştirak etmək, sənayedə iş prosesini dərindən müşahidə etmək imkanını sizə təklif edir! 

Bu fürsəti qaçırmayın! 
Mövzu hissəsində ixtisasınızı qeyd etməklə, CV-nizi [email protected] email ünvanına göndərin və "Sabahın Gücü" İnkişaf Proqramının təcrübəçilərindən biri olun!



Tələb olunan ixtisaslar:


 Mexanika mühəndisliyi
 Elektrik, elektronika, energetika mühəndisliyi
 Proseslərin avtomatlaşdırılması mühəndisliyi
 Kimya mühəndisliyi
 Universal dəzgahların idarəolunması
 Qaynaq və Metal Emalı Texnologiyaları



Əlavə məlumat:


 Şirkət tərəfindən təqaüdün verilməsi
 Şirkət tərəfindən nəqliyyat və qidalanma 
 Təcrübə saatları: 09:00-17:00
 Təcrübə müddəti: 6 ay

Qeyd: CV nümunəsi uyğun görülən şəxslərlə əlaqə saxlanılacaq.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 728
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 142
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7595
Sumqayıt Dövlət Univ...