Gənclər və İdman Nazirliyi işə qəbul elan edir
Aşağıda adı qeyd edilən təsərrüfat hesablı idman obyektinin rəhbər vəzifəsinə sənəd qəbulu elan edir:
“Qusar Olimpiya İdman Kompleksi” MMC-nin direktoru.
Qeyd edilən vəzifələrə namizədlər aşağıdakı ilkin tələblərə cavab verməlidir:
- Ali təhsil;
- Minimum iş stajı 6 il;
- Yaş həddi 55 yaşadək.
Təqdim ediləcək sənədlər:
- Linkdə verilmiş (https://bit.ly/36pHHjZ) CV forması doldurulmalıdır (CV-də və “mövzu” bölməsində iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır, CV Azərbaycan dilində tərtib edilməlidir);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Ali təhsil haqqında diplomun surəti.
Qeyd: CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. İdarəetmə və idman sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Müsahibə nəticələrinə uyğun olaraq yalnız seçilmiş namizədlərə bu barədə məlumat veriləcək.
Sənədlər 16 sentyabr 2022-ci il tarixindən etibarən [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Müraciət üçün son tarix: 23 sentyabr 2022-ci il, saat 12:00-dək
Əlavə məlumat üçün telefon: (012) 465-65-72
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur