Hörmətli dostlar, Təcili Bakı Biznes Universitetində Karyera planlaması fənnini tədris edəcək müəllim axtarılır: Tələbələrə Karyera Planlaması fənninin tədris edilməsi üçün müəllim axtarılır. Karyera qərarlarının qəbul edilməsində yardım axtaran şəxslərə rəhbərlik və dəstək vermək üçün məsuliyyət daşıyacaq. Müvəffəqiyyətli namizəd tələbələrin bacarıqlarını, maraqlarını və məqsədlərinə uyğun karyera yollarını kəşf etməyə, fərdiləşdirilmiş karyera planlarını inkişaf etdirməyə və əmək bazarına daxil olmağa kömək edəcək.
Tələblər:
Təhsil: Əlaqəli sahə üzrə (İnsan Resursları, menecment və s.)
• Magistratura təhsili mütləqdir!
Təcrübə: Karyera planlaması, mentor, insan resursları və s. müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.
• Müxtəlif karyera qiymətləndirmə alətləri və metodologiyaları ilə tanışlıq.
Sertifikatlar: Karyera məsləhəti və ya əlaqəli sahədə sertifikatın olması
Ünsiyyət Bacarıqları:
Əla şifahi və yazılı ünsiyyət bacarıqları.
Fərqli şəxslərlə effektiv ünsiyyət qurmaq və münasibət qurmaq, dinləmək bacarığı
Analitik Bacarıqlar:
Tələbələrin ehtiyaclarını qiymətləndirmək və müvafiq təlimat vermək üçün güclü analitik və problem həll etmə bacarıqları.
Bilik:
Karyera inkişafı nəzəriyyələri və təcrübələrini dərindən başa düşmək.
Cari iş bazarı tendensiyaları və bazar tələbləri barədə məlumatlı olmaq.
Öhdəliklər:
1. Tələbələrə karyera planlaması fənninin tədrisi (dərs cədvəlinə uyğun)
2. Tələbələrin əmək bazarının tələblərinə uyğun yetişdirilməsi
3. CV, Rezüme, istək məktubu, müsahibəyə hazırlıq proseslərinin öyrədilməsi.
İş qrafiki: 1. 08:30 – 11:20
2. 11:35 – 16:15
Qeyd: Mütləq bu iki qrafikdən biri və ya hər ikisi uyğun şəxs olmalıdır!
Mail: [email protected]
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur