Maliyyə sahəsi üzrə gənc və dinamik kadrlar üçün maaşlı təcrübə proqramı

Baku Electronics şirkəti yeni məzunlara iş imkanları yaratmaq, həmçinin, şirkətimizin insan kapitalına olan töhfəsini artırmaq məqsədilə, maliyyə sahəsi üzrə gənc və dinamik kadrlar üçün ödənişli təcrübə proqramı elan edir!
 
Tələblər:


-  Ali təhsil ( Maliyyə, Mühasibat Uçotu və Audit yaxud digər oxşar ixtisaslar);
-  MS Office proqramlarından istifadə qabiliyyəti;
- Analitik düşünmə bacarığı, riyazi biliklər və məntiqi təfəkkür;
-  Sərbəst ünsiyyətqurma və səlis danışıq qabiliyyəti; 
-  Özünü inkişafa meyilli, təşəbbüskar, punktual və nizam-intizamlı;

Öhdəliklər:
-  Verilən tapşırıqların vaxtında yerinə yetirilməsi;
- Ümumi iş prosesinə dəstək olunması və s.


Təcrübəli komandamız sizlərə öz ideyalarınızı və yaradıcılığınızı paylaşa biləcəyiniz öyrənmə imkanları təqdim edir. 3 aylıq ödənişli proqramımız ərzində siz real iş mühiti ilə tanış olacaq və maliyyə sahəsində ilkin iş təcrübəsinə yiyələnə biləcəksiniz.
 
Əgər siz də müvafiq sahələr üzrə yeni bilik və bacarıqlar əldə etmək və karyeranızı Baku Elecronics şirkətində davam etdimək istəyirsinizsə, [email protected] elektron ünvanına CV-lərinizi mövzu hissəsində “Təcrübəçi” qeyd etməklə göndərə bilərsiniz!

Təcrübə müddətini uğurla bitirən namizədlərin işlə təmin olunması mümkündür.
 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az