“Həyat dövrünün analizi” mövzusunda təqdimat keçiriləcək

27 yanvar saat 18:00-da Bakı Amerika Mərkəzində komanda üzvümüz Səriyyə Heydərovanın Dayanıqlı Enerji və Ətraf Mühit Siyasəti proqramı çərçivəsində “Həyat dövrünün analizi” mövzusunda təqdimatı keçiriləcək.

 Qeyd edək ki, proqram çərçivəsində dayanıqlılığın əsasları, həyat dövrünün analizi, ətraf-mühit siyasətinə giriş, geomühəndislik tətbiqləri və s. mövzular əhatə olunacaq.
 İştirak üçün aşağıdakı linkə daxil olaraq qeydiyyat formasını doldurmaq vacibdir!
https://lnkd.in/g5ivCzBX

Proqram ayda 1 dəfə olmaqla may ayının sonunadək davam edəcəkdir. Proqramı uğurla başa vuran şəxslərə sonda sertifikat təqdim olunacaqdır.

Proqramda iştirak hər kəs üçün açıq və ödənişsizdir.

Ünvan: R. Behbudov küç. 134, Azərbaycan Dillər Universiteti


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az