Çərşənbə axşamı, 26 Avqust, 2025

"İngilis dilinin tədrisində "Duolingo" platformasının dəstəyi" layihəsinin açılış mərasimi keçirilib


  • Dərc edildi: 30 Oktyabr, 2023 - 16:35
"İngilis dilinin tədrisində "Duolingo"  platformasının dəstəyi" layihəsinin açılış mərasimi keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan "İngilis dilinin tədrisində "Duolingo"  platformasının dəstəyi" layihəsinin açılış mərasimi keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən məktəbin direktoru Könül Hüseynova layihə haqqında ətraflı məlumat verib.
İngilis dili müəllimi Zəminə Mikayılova isə çıxışında bildirdi ki, bu layihənin həyata keçirilməsi şagirdlərin buraxılış imtahanlarında ingilis dilindən  yüksək nəticələr əldə edilməsində yardımçı olacaqdır.
10b sinif şagirdi Niftəliyev Murad və 11 a sinif şagirdi Əlizadə Leylanın ingilis dilində çıxışları hər kəsin marağına səbəb olub.
Daha sonra məktəbin istedadlı şagirdləri rəqs,  şeir və vətənpərvər ruhlu mahnılardan ibarət maraqlı kompozisiya təqdim ediblər.
Layihənin əsas məqsədi Duolingo platformasının köməyilə 9-10-11-ci sinif şagirdləri üçün ingilis dilinin tədrisini daha əyləncəli, maraqlı formada təşkil edərək onların bu fənn üzrə bilik və
bacarıqlarını möhkəmləndirməklə buraxılış imtahanına hazırlığa əlavə dəstək olunmasından ibarətdir.
Layihə sentyabrın 15-dən aprelin 15-dək davam edəcək.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 592
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 115
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7446
Sumqayıt Dövlət Univ...