Çərşənbə axşamı, 26 Avqust, 2025

"Modul tipli texnologiya otağının yaradılması ilə şagirdlərin düzgün peşə seçiminə dəstək” layihəsinin açılış mərasimi baş tutub


  • Dərc edildi: 30 Oktyabr, 2023 - 16:37
"Modul tipli texnologiya otağının yaradılması ilə şagirdlərin düzgün peşə seçiminə dəstək” layihəsinin açılış mərasimi baş tutub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan "Modul tipli texnologiya otağının yaradılması ilə şagirdlərin düzgün peşə seçiminə dəstək” layihəsinin açılış mərasimi baş tutub.
"Modul tipli texnologiya otağının yaradılması ilə şagirdlərin düzgün peşə seçiminə dəstək”  layihəsinin açılış mərasimi  Ağcabədi rayon Nəcəfqulubəyli kənd tam orta məktəbdə keçirilib. 
Açılışda Ağcabədi şəhər 9 nömrəli məktəbin direktoru Rizvan Quliyev, Ağcabədi rayon Təhsil Sektorunun əməkdaşı Əliş Rüstəmli, Biləsuvar Peşə Liseyinin direktoru Əlifli Əliheydər, Sumqayıt şəhər 32 nömrəli tam orta məktəbin direktoru Fəzilə Mahmudova məktəbin müəllim kollektivi və şagirdlər iştirak edib.
Layihənin məqsədi məktəbdə zəruri avadanlıqlarla təhciz olunmuş modul tipli texnologiya otağının yaradılması ilə şagirdlərdə həyati bilik-bacarıqlarının inkişaf etdirilməsinə, ilkin peşə vərdişlərinin, müəyyən məişət qabiliyyətlərinin yaranmasına, texnologiya fənninin səmərəli tədrisinə və ən əsas da şagirdlərin gələcəkdə düzgün peşə seçiminə dəstək olmaqdan ibarətdir.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.
Qeyd edək ki, layihə çərçivəsində Biləsuvar Peşə Liseyinin aşpaz və dərzi qrupları ilə dərslərdə onlayn əməkdaşlıq ediləcəkdir.
Layihə sentyabrın 15-dən fevralın 15-dək davam edəcək.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 588
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 112
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7443
Sumqayıt Dövlət Univ...