Çərşənbə axşamı, 26 Avqust, 2025

"Məktəbin savadlı maliyyəçiləri" dərnəyinin yaradılması layihəsinin açılış mərasimi keçirilib


  • Dərc edildi: 30 Oktyabr, 2023 - 16:38
"Məktəbin savadlı maliyyəçiləri" dərnəyinin yaradılması layihəsinin açılış mərasimi keçirilib

27 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan "Məktəbin savadlı maliyyəçiləri" dərnəyinin yaradılması layihəsinin açılış mərasimi keçirilib.
"Məktəbin savadlı maliyyəçiləri" dərnəyinin yaradılması layihəsinin açılış mərasimi Ucar rayon A.Abdullayev adına Alpı kənd tam orta məktəbdə keçirilib. 
Tədbiri giriş sözləri ilə açan layihə qalibi, Alpı kənd tam orta məktəbinin direktoru Səidə Quliyeva qrant müsabiqəsinin, xüsusilə bu layihənin əhəmiyyəti və mahiyyəti haqqında danışıb.
Layihənin məqsədi ucqar kənd məktəblərinin şagirdlərinin qənaət və israf, pulun tarixi, büdcə anlayışı mövzularında maarifləndirilməsi və onların müasir maliyyə alətlərindən istifadə üzrə biliklərinin artırılması ilə maliyyə savadlılığının inkişaf etdirilməsinə yardımçı olmaqdır.
4 ay müddətində həyata keçiriləcək layihədə 4 kənd məktəbinin 60 şagirdi ilə 2 qrup şəklində, ümumilikdə 5 gün ərzində pul nişanları, qənaət və israf, pulun tarixi və büdcə anlayışları mövzularında 30 saatlıq təlimlər təşkil olunacaq. Həmçinin layihə boyunca müxtəlif müsabiqələrin təşkil olunması da nəzərdə tutulur.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.
Layihə sentyabrın 15-dən yanvarın 15-dək davam edəcək.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 569
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 104
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7432
Sumqayıt Dövlət Univ...