Bazar ertəsi, 25 Avqust, 2025

Qubada "İnklüziv təhsilin könüllüləri ilə əlçatan təhsil" layihəsinin açılış mərasimi olub


  • Dərc edildi: 30 Oktyabr, 2023 - 16:40
Qubada "İnklüziv təhsilin könüllüləri ilə əlçatan təhsil" layihəsinin açılış mərasimi olub

Qubada "İnklüziv təhsilin könüllüləri ilə əlçatan təhsil" layihəsinin açılış mərasimi olub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan "İnklüziv təhsilin könüllüləri ilə əlçatan təhsil" layihəsinin açılış mərasimi keçirilib. 

Mərasim Quba şəhəri Hacıbaba Əliyev adına 1 nömrəli tam orta məktəbdə baş tutub. Tədbirdə layihə rəhbəri, layihənin komanda üzvləri, müəllimlər və tələbələr iştirak edib. 

Çıxış edən layihə rəhbəri layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd ADPU-nun Quba filiallında təhsil alan 20 nəfər III və IV kurslarına inklüziv

təhsil üzrə təlimlərdən keçirmək, gələcəyin müəllimlərinin inklüziv sinif otaqlarında dərs keçmək üçün potensial və səriştələrinin artırmaq, onların biliklərinin paylaşması və ilkin təcrübələrinin

toplanması məqsədilə məktəblərdə könüllülük failiyyətinə cəlb etmək və 5 məktəbdə öyrənmədə çətinliyi olan - sağlamlıq imkanları məhdud olan uşaqların davamlı öyrənməsini təmin etməkdir. Həmçinin vurğulanıb ki, sağlamlıq imkanları məhdud olan təhsilalanların ehtiyaclarının təyin edilməsi üçün sorğuların keçiriləcək, inklüziv təhsil haqqında təlim materialının və vəsaitlərin

hazırlanacaq, təlim prosesini həyata keçirəcək təlimçilərin seçiləcək, ADPU-nun Quba filialında təhsil alan tələbələrdən layihəyə cəlb ediləcək könüllülərin seçiləcəkdir. Eyni zamanda tələbələr

inklüziv təhsilin məqsəd və vəzifələri ilə tanış ediləcək, onlara uşaqyönümlü pedaqogikanın əsas xüsusiyyətləri mənimsədiləcək, inklüziv sinif təcrübəsinin yaradılması bacarıqlarını

formalaşdırılacaqdır. 

Tədbirdə çıxış edənlər digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar arzulayıblar.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 553
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 102
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7417
Sumqayıt Dövlət Univ...