Bazar ertəsi, 9 İyun, 2025

“Azərbaycan Qəhrəmanları” layihəsi keçirilir


  • Dərc edildi: 20 Dekabr, 2022 - 11:59
“Azərbaycan Qəhrəmanları” layihəsi keçirilir

“Azərbaycan Qəhrəmanları” layihəsi keçirilir

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi tərəfindən keçirilən “Azərbaycan Qəhrəmanları” layihəsi çərçivəsində www.heroes.az veb saytı hazırlanır.

Layihənin məqsədi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş Azərbaycan qəhrəmanlarının geniş ictimaiyyətə tanıdılması, kifayət qədər zəngin  məlumatları özündə əks etdirən www.heroes.az veb saytını yaradaraq gənclərə təqdim etmək, onların milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən layihələrə dəstək verməkdir.

 “Vətən Müharibəsi Qəhrəmanları” və “Azərbaycanın Milli Qəhrəmanları” barəsində kifayət qədər zəngin məlumatları özündə əks etdirən www.heroes.az veb saytı hazırda fəaliyyət göstərən www.milliqahramanlar.az sayt layihəsinin davamıdır. Saytda olan məlumatlar 3 dildə (azərbaycan, rus və ingilis dillərinə) təqdim olunacaqdır. 

Saytın özəlliyi ondan ibarətdir ki, qəhrəmanlarımız haqqında məlumatlar vahid mənbədən rahat əldə ediləcəkdir. Məsələn, bugün doğum günü olan vətən müharibəsi qəhrəmanı haqqında saytın ana səhifəsində əvvəlcədən məlumat əldə etmək mümkün olacaqdır. 

Qeyd edək ki, sayt dekabr ayının sonu yanvarın əvvəli tam olaraq istifadəyə veriləcəkdir.

 

 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 161
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 351
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 95
Elm və təhsil naziri...