reklam

Gənclər və İdman Nazirliyi işə qəbul elan edir

Gənclər və İdman Nazirliyi işə qəbul elan edir

Aşağıda adları qeyd edilən idman müəssisələrinin rəhbər vəzifələrinə sənəd qəbulu elan edir:

1. Bakı şəhərində yerləşən Respublika Şahmat Mərkəzinin (Klubu) direktoru;

2. Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru.

Qeyd edilən vəzifələrə namizədlər aşağıdakı ilkin tələblərə cavab verməlidir:

- Ali təhsil

- Minimum iş stajı: 6 il

- Yaş həddi: 55 yaşadək

Təqdim ediləcək sənədlər:

- Linkdə verilmiş (bit.ly/36pHHjZ) CV forması doldurulmalıdır (CV-də və “mövzu” bölməsində iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır, CV Azərbaycan dilində tərtib edilməlidir)

- Şəxsiyyət vəsiqəsinin surəti

- Ali təhsil haqqında diplomun surəti

Qeyd: CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. İdarəetmə və idman sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Musahibə nəticələrinə uyğun olaraq, yalnız seçilmiş namizədlərə bu barədə məlumat veriləcək.

Sənədlər 27 iyul 2022-ci il tarixindən etibarən [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Müraciət üçün son tarix: 4 avqust 2022-ci il saat 12:00-dək.

Əlavə məlumat üçün telefon: (012) 465-65-72


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az