Noyabrın 11-də saat 19:00-da Nizami Kino Mərkəzində 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçiriləcək.
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.
Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin
nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin ölkəmizin mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.
Bu il festivala 79 ölkədən 814 film qatılıb. Bunlardan 91 film Yerli müsabiqəyə təqdim edilib.
Seçim Komissiyasının qərarına əsasən 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb. Bu filmlər festivalın əsas mükafatı “Qızıl Nar” uğrunda yarışacaqlar.
Beynəlxalq müsabiqədə yarışan filmləri “Qarğıdalı adası” filmi ilə Karlovı Varı, “Kinoşok” kinofestivallarının baş mükafatını qazanan, eyni filmlə “Oskar”ın “Xarici dildə ən yaxşı film” nominasiyasının qısa siyahısına düşən, tanınmış gürcü rejissoru və prodüser Georgi Ovaşvili,
Kazanda art-nümayişlərin daimi spikeri, fərqli mövzularda kino mühazirələri ilə tanınan, müxtəlif illərdə Beynəlxalq Gənclər Kinofestivalının proqram direktoru, Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalının seçim komissiyasının üzvü kimi fəaliyyət göstərmiş Adilə Xaybullina, Berlin, Kann kinofestivallarında türk kino proqramları, film həftələrinin təşkilatçısı, “Rabarba” aylıq kino jurnalının təsisçisi, uzun illər Boğaziçi Film Festivalının bədii rəhbəri olmuş tanınmış türkiyəli prodüser Emrah Kılıç qiymətləndirəcək.
Yerli müsabiqənin münsiflər heyətində Avropanın ən böyük film fondlarından biri olan “FOCAL” fondunun “AVANTI” proqramının qalibi, müasir kinomuzun ən məhsuldar rejissorlarından olan Mirsadıq Ağazadə, ölkənin mədəni, ictimai həyatında yaxından iştirak edən yazıçı-publisist, türkoloq, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, Azərbaycan sənədli kinosunda maraqlı tərzi və yanaşması ilə seçilən, “Didor”, “Kiş” və s. festivalların mükafatçısı, Fokus” kino jurnalının layihə rəhbərlərindən biri Əli İsa Cabbarov, son illər Azərbaycan ədəbi mühitində özünəxas məqalələrlə adını gündəmdə saxlayan, kino tənqidi və tarixinə dair oçerklərin müəllifi Qismət Rüstəmov yer alır.
Bu ilki festivalın sürprizi “Asiya istedadları” müsabiqə proqramıdır. Yalnız Asiya ölkələrinin bədii filmlərinin yarışdığı müsabiqədə on film yer alır. Qalibləri Azərbaycan kino tənqidinin yeni dalğasının formalaşmasında birbaşa əməyi olan müəlliflərdən biri Aliyə Dadaşova, əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılan, Əməkdar rəssam Rəşad Ələkbərzadə seçəçək.
Mobil telefonla çəkilən filmlərdən ibarət “Cinemobil” müsabiqəsində isə 4 film yarışacaq. Onlayn keçiriləcək müsabiqənin qalibini tamaşaçılar seçəcək.
Festivalın müsabiqədənkənar maraqlı bölmələri də var. Beləki, “British Council”la əməkdaşlığın nəticəsi olaraq festival çərçivəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı- BAFTA namizədlərinin xüsusi nümayişi olacaq.
“Dili bizim” Bakı Beynəlxalq Qısa Filmlər Festivalının nümayiş xarakterli proqramıdır. Burada dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər nümayiş olunur.
“Panorama”da isə xüsusi seçilmiş filmlər nümayiş olunacaq.
Festivalda yer alan yerli və xarici qısa filmlər 5 gün müddətində saat 11: 00-dan Nizami Kino Mərkəzində nümayiş olunacaq.
Festival çərçivəsində noyabrın 13-də saat 17:00-da türkiyəli prodüser Əmrah Kılıçla ustad dərsi keçiriləcək.
Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 15-də saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.
Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.
Bakı BQFF ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.
Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, Dövlət Film Fondu, ÖZ FİLM şirkəti, “British Council”, Azərbaycan Prodüserlər Gildiyası, Bakı Kitab Mərkəzi, “Metafliks” platforması, “Azprint” şirkəti, “Oskar prodakşn”, “Bimtek” şirkəti və Özsüt şirkəti də yer alır.
Space Teleradio şirkəti, Trend İnformasiya Agentliyi, “Teleqraf Holdinq”, “Azernews” xəbər portalı, Mədəniyyət jurnalı, Kinobiz platformaları festivalın media tərəfdaşıdır.
13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının proqramı
Uzun hekayələr qısa filmlərdə
11 NOYABR 2022
Nizami Kino Mərkəzi Zal 2
11:00 136*
Mamma - Director: Aslak Danbolt Norway Fiction International Competition 15*
It is Quiet Here - Director: Olena Podolianko, Novruz Hikmet Ukraine Fiction International Competition 13*
Cloudy Man - Director: Shahin Jalali Iran Fiction International Competition 21*
It Builds a Life - Director: Mehdi Parizad Iran Fiction International Competition 13*
Shades of melancholy - Director: Karash Zhanyshov Kyrgyzstan Fiction International Competition 20*
Transmogrification - Director: Shamil Najaf United States Documentary International Competition 29*
The Sower of Stars Director: Lois Patino Spain Documentary International Competition 25*
Nizami Kino Mərkəzi Zal 3
11: 00 130*
Perm-Prague - Director: Elena Poroshina Russia Documentary International Competition 30*
Resistance Sahara - Director: Sidal Erguder United Kingdom Documentary International Competition 20*
The Illusions of a Wild Anemone - Director: Mehdi Shabani Turkey Documentary International Competition 20*
Night of the Universe - Director: Ramin Farzani, Parisa Sadaiazar Iran Fiction Asian Talents 15*
The Gulf - Director: Kumru Karatash Turkey Fiction Asian Talents 17*
The Road - Director: Tolomush Zhanybekov Kyrgyzstan Fiction Asian Talents 15*
Contactless - Director: Goksel Tuzun Turkey Fiction Asian Talents 13*
Nizami Kino Mərkəzi Zal 2
14:00 116*
Adam - Rejissor: Şamil Mahmudbəyov Bədii Panorama 38*
Uprooted - Director: Andzej Gavriss Ukraina Fiction Panorama 3*
Mən Xocalıdanam - Rejissor: Riad Əfəndiyev Sənədli Panorama 30*
Dostluq əngəl tanımır, çünki o, əngəllərdən güclüdür - Rejissor: Sultan Abbasbəyli Animasiya Panorama 2*
Qara buludlar - Rejissor: Ruslan İbrahimli Animasiya Panorama 2*
Səs - Rejissor: Elçin Ağazadə Bədii Panorama 7*
Lyudmila - Rejissor: Zeynəb Tahir Bədii Panorama 14*
Vaxt çatdı - Rejissor: Elvin Əhmədoğlu Bədii Panorama 5*
Zəng - Rejissor: Ruslan Sabirli Bədii Panorama 8*
Qonaq - Rejissor: Elmir Məmmədli Bədii Panorama 7*
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
Nizami Kino Mərkəzi Zal 1
19: 00
Festivalın açılış mərasimi
12 NOYABR 2022
Nizami Kino Mərkəzi Zal 3
11:00 57*
A Father - Director: Christophe Predari Belgium Fiction International Competition 14*
Sorry for Being Late - Director: Luka Beradze Georgia Fiction International Competition 19*
Seabreaker - Director: Eloy Dominguez Seren Spain Fiction International Competition 24*
Nizami Kino Mərkəzi Zal 3
12:00 27*
Barama - Rejissor: Murad Hüseynov, Səddam Mehdiyev Sosial çarx Yerli müsabiqə 1*
Bir addım - Rejissor: Böyükağa Əliyev Sosial çarx Yerli müsabiqə 3*
Qızım olsun - Rejissor: Azad Əlizadə Sosial çarx Yerli müsabiqə 3*
Mətbuat günü - Rejissor: Ruslan Mollayev Sosial çarx Yerli müsabiqə 2*
Onun kamerası - Rejissor: Böyükağa Əliyev Sosial çarx Yerli müsabiqə 3*
Rəmz - Rejissor: Masər Həsənov Sosial çarx Yerli müsabiqə 3*
Susma - Rejissor: Arif İsmayılov Sosial çarx Yerli müsabiqə 1*
Şanlı qazilərimizə eşq olsun! - Rejissor: Namiq Ağayev Sosial çarx Yerli müsabiqə 3*
Uşaqların Şuşası - Rejissor: Namiq Ağayev Sosial çarx Yerli müsabiqə 3*
Uzaq - Rejissor: Cavad Nur Sosial çarx Yerli müsabiqə 3*
28 May - İstehsalçı APA PRO, layihə müəllifi: Orxan Məmmədli, Ruslan Mollayev Sosial çarx Yerli müsabiqə 2*
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
Nizami Kino Mərkəzi Zal 3
13:30 74*
Axırıncı dəfə - Rejissor: Əli Reza Salmanpur İran Bədii Dili bizim 16*
Ayaq izi - Rejissor: Fərid Mirxani İran Bədii Dili bizim 22*
Boşqab - Rejissor: Rəna Vaezi, Ozra Xan Xajeh İran Bədii Dili bizim 21*
Dayaq nöqtəsi - Rejissor: Həmid Kermani İran Bədii Dili bizim 15*
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
Nizami Kino Mərkəzi Zal 3
15:30 34*
O kafe: Storieslər - Rejissor: Azər Aydəmir Bədii Yerli müsabiqə 11*
Sonuncu foto - Rejissor: Türkan Hüseyn Bədii Yerli müsabiqə 12*
Yalnız məzar - Rejissor: Elnur Paşa Bədii Yerli müsabiqə 11*
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
Nizami Kino Mərkəzi Zal 3
16:45 58*
Techno, Mama - Director: Saulius Baradinskas Lithuania Fiction International Competition 18*
Tramway - Director: Bartosz Reetz Poland Fiction International Competition 22*
Desert Lights - Director: Katherina Harder Chile Fiction International Competition 18*
Nizami Kino Mərkəzi Zal 3
18:00 63*
Son payız - Rejissor: Rüstəm Babazadə Bədii Yerli müsabiqə 12*
Qonşu - Rejissor: Nihad Qulamzadə Bədii Yerli müsabiqə 19*
Seçim - Rejissor: Fərid Kərim, Nicat Nazim Bədii Yerli müsabiqə 4*
Unudulmuş yarpaqlar - Rejissor: Zaur Muxtarov Bədii Yerli müsabiqə 28*
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
13 NOYABR 2022
Nizami Kino Mərkəzi Zal 3
11:00 122*
North Pole - Director: Marija Apcevska North Macedonia Fiction International Competition 15*
The Moisture - Director: Turan Haste Turkey Fiction International Competition 20*
Nina - Director: Roman Chernikov Kazakhstan Fiction International Competition 27*
Not in a million years - Director: Okan Erunsal Turkey Fiction International Competition 15*
A Day, That Year - Director: Stanley Xu Taiwan (PRC) Fiction Asian Talents 9*
A Passing Cloud - Director: Peiyan Tang China Fiction Asian Talents 14*
Favor - Director: Sun Woo Kim South Korea Fiction Asian Talents 22*
Nizami Kino Mərkəzi Zal 3
14:00 75*
Buduğ - Rejissor: Murad Muradov Sənədli Yerli müsabiqə 8*
Dog Doc - Rejissor: Sitarə İbrahimbəyli, Dadaş Musayev Sənədli Yerli müsabiqə 30*
Həsti Tupal - Rejissor: Aliyə Mollayeva Sənədli Yerli müsabiqə 7*
Toz çəkiləndən bəri - Rejissor: Toğrul Abbasov Sənədli Yerli müsabiqə 30*
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
Nizami Kino Mərkəzi Zal 3
16:00 52*
Khadiga - Director: Morad Mostafa Egypt Fiction International Competition 20*
The Red Suitcase - Director: Cyrus Neshvad Luxembourg Fiction International Competition 18*
Sanya - Director: Sergey Arsin Russia Fiction International Competition 14*
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
Nizami Kino Mərkəzi Zal 3
17:00
Türkiyəli prodüser Əmrah Kılıçla ustad dərsi
14 NOYABR 2022
Nizami Kino Mərkəzi Zal 2
12:00 58*
Addım - Rejissor: Günay Səlimzadə Bədii Yerli müsabiqə 5*
Bir cüt çəkmə - Rejissor: Elmar Məlikov Bədii Yerli müsabiqə 6
Döyüntü - Rejissor: Sahil Məmmədov Bədii Yerli müsabiqə 8
Mən qayıtdım - Rejissor: Gülüstan Əliyeva Bədii Yerli müsabiqə 10
Katarsis - Rejissor: Sevinc Mahmudova Sənədli Yerli müsabiqə 15
Motivator - Rejissor: Kamal Müşfiq Sənədli Yerli müsabiqə 14
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
Nizami Kino Mərkəzi Zal 3
11:00 120*
Killing Bagheera - Director: Muschirf Shekh Zeyn Syria Fiction Asian Talents 13*
Noonn - Director: Nazila Azizi Afghanistan Fiction Asian Talents 6*
Holy Water - Director: Damir Tanatov Kazakhstan Fiction Asian Talents 15*
To Vancouver - Director: Artemis Anastasiadou Greece Fiction International Competition 24*
Game - Director: Onder Menken Turkey Animation International Competition 4*
Night - Director: Ahmad Saleh Palestine Animation International Competition 16*
The Egret River - Director: Wan-Ling Liu Taiwan (PRC) Animation International Competition 20*
The awakening of the insects - Director: Stephanie Lansaque, Francois Leroy France Animation International Competition 14*
Living in a Bubble - Director: Natalie MacMahon, Nikola Drvoshanov Germany Animation International Competition 8*
Nizami Kino Mərkəzi Zal 2
14:00 39*
Stuffed - Director: Theo Rhys Fiction Bafta nominations 19*
Do not Feed the Pigeons - Director: Antonin Niclass Animation Bafta nominations 9*
Night of the Living Dread - Director: Ida Melum Animation Bafta nominations 11*
Nizami Kino Mərkəzi Zal 2
15:00 45*
Müstəntiq - Rejissor: Sadiq Əliverdibəyli Bədii Yerli müsabiqə 5*
Namərd - Rejissor: Almaz Qasımova Bədii Yerli müsabiqə 7*
Sınaq - Rejissor: Ruslan Mollayev Bədii Yerli müsabiqə 21*
Vəhşi durnalar mövsümü - Rejissor: Murad Hüseynov, Səddam Mehdiyev Bədii Yerli müsabiqə 12*
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
Nizami Kino Mərkəzi Zal 3
16: 30 89*
Mən uşaq olmuşam - Rejissor: Ülviyyə Əhmədova Sənədli Yerli müsabiqə 16*
Uşaqlıq fotosu - Rejissor: Pərviz Həsənov Sənədli Yerli müsabiqə 18*
Unudulmuş arzular - Rejissor: Aynur Kazımova Sənədli Yerli müsabiqə 29*
Vulkan üzərində ev - Rejissor: Amil Amal Sənədli Yerli müsabiqə 26*
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
15 NOYABR 2022
Nizami Kino Mərkəzi Zal 2
12: 00 47*
Bubble Beetle - Director: Worya Nick Manesh, Maryam Hashem Nezhad Iran Animation 7*
Its a Gray, Gray World - Director: Seyed Mohsen Pourmohseni Shakib Animation International Competition Iran 6*
Eva and Ramona - Director: Minka Jakerson Sweden Documentary International Competition 15*
Bir zamanlar Daşağılda - Rejissor: Sənan Səfərov Sənədli Cinemobil 6*
Bu torpaq mənimdir - Rejissor: Xəyal İskəndərov Sənədli Cinemobil 5*
İçərişəhər - Rejissor: Hüseynağa Aslanov Bədii Cinemobil 3*
Kəndimizə gedən yol - Rejissor: Ruslan Mollayev Sənədli Cinemobil 5*
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
Nizami Kino Mərkəzi Zal 2
13:30 61*
Hasar - Rejissor: Qulu Əsgərov Bədii Yerli müsabiqə 26*
Qarabasma - Rejissor: Lətif Lətifsoy Bədii Yerli müsabiqə 8*
Storyboard - Rejissor: Elvin Rüstəmzadə Bədii Yerli müsabiqə 9*
İki yol - Rejissor: Səddam Mehdiyev, Murad Hüseynov Bədii Yerli müsabiqə 18*
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
Nizami Kino Mərkəzi Zal 2
15: 30 30*
“Kinolab” təqdim edir
Nizami Kino Mərkəzi Zal 2
16:30 16*
“Cinemasports/ Azerbaijan” təqdim edir:
Sonlular Rejissor: Səbinə Cəfərova 4*
Cinestesion Rejissor: Rəna Əhmədova 5*
Süni reallıq Rejissor: Rəna Həmid 3*
Sonuncu ağac Rejissor: Nəzrin Cəfərli 4*
Nizami Kino Mərkəzi Zal 1
19: 00
Festivalın bağlanış- mükafatlandırma mərasimi
Qeyd: Festival filmlərinə və bağlanış-mükafatlandırma mərasiminə giriş sərbəstdir.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur