Çərşənbə, 21 May, 2025

Bakı Şəhər üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzi aşağıdakı ixtisaslar üzrə METODİST vəzifəsinə VAKANSİYA elan edir


  • Dərc edildi: 9 Noyabr, 2022 - 15:10
Bakı Şəhər üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzi aşağıdakı ixtisaslar üzrə METODİST vəzifəsinə VAKANSİYA elan edir

Bakı Şəhər üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzi aşağıdakı ixtisaslar üzrə METODİST vəzifəsinə VAKANSİYA elan edir:

1. Riyaziyyat

2. İngilis dili

3. İbtidai sinif

4. Psixoloq

5. Kimya

Tələblər:

• Pedaqoji ali təhsil;

• Pedaqoji təcrübə (5 ildən az olmayaraq);

• Bir xarici dil üzrə oxuyub-anlama bacarığı;

• Öyrənməyə həvəsli və ömür boyu öyrənmə xüsusiyyəti;

• Komandada işləmə bacarığı;

• Qarşıya çıxan çətinliklərə həll oluna bilən məsələ kimi baxma;

• Auditoriyada çatışmazlıqları deyil, müsbət xüsusiyyətləri görməyə və dəstək olmağa niyyətli olma;

• Beynəlxalq təcrübəsi (təhsil və ya iş) olanlara üstünlük verilir.

Metodistin vəzifələri:

• Müəllimlərin pedaqoji səriştələrini inkişaf etdirmək üçün onlarla yaxından və davamlı olaraq əməkdaşlıq etmək;

• Müəllimlərin peşəkar inkişafına dəstək olmaq üçün müxtəlif resurslar hazırlamaq;

• Mütəmadi olaraq metodika və pedaqogikanın müxtəlif sahələri üzrə beynəlxalq və yerli təcrübəni araşdırmaq, öyrəndiklərini təcrübədə tətbiq etmək;

• Müxtəlif təlim proqramları hazırlamaq və təlimlər keçmək.

Seçim 3 mərhələdən ibarətdir:

I mərhələ müraciət formalarının (CV) dəyərləndirilməsidir.

II mərhələ imtahan prosesidir. I mərhələdən uğurla keçən namizədlərin bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi üçün 90 dəqiqə ərzində 53 tapşırıqdan ibarət imtahan prosesi keçiriləcək. İmtahanda 20 qapalı test tapşırığı ixtisası, 20 tapşırıq metodikanı (10 qapalı, 10 açıq tipli), 3 açıq tipli tapşırıq İKT bacarıqlarını, 10 qapalı test tapşırığı isə ümuni dünyagörüşü və məntiqi bacarığı ölçməyə xidmət edir.

III mərhələ müsahibə mərhələsidir. İmtahan mərhələsini uğurla keçən namizədlərin potensial imkanlarını daha dəqiq dəyərləndirmək məqsədilə müsahibə mərhələsi təşkil olunacaq. Bu mərhələdən də uğurla keçən namizədlər komandamızın üzvü olacaqlar.

Namizədlər keçidə daxil olaraq elektron müraciət formasını doldurmalıdırlar. Müraciətin sonunda qeyd edilmiş elektron ünvana ([email protected]) Mövzu (Subject) yerinə METODİST yazaraq hazır CV formalarını da yükləyəcəklər.

Qeydiyyat linki: https://forms.office.com/r/p3pZ7UXiis

Son müraciət tarixi: 20.11.2022-ci il

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Şirvan STEAM Mərkəzinə vakansiya elan olunur
20 May, 2025 - 23:00 194
Şirvan STEAM Mərkəzi...
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə
20 May, 2025 - 17:33 1398
Müəllimlərin işə qəb...
Təhsil İnstitutu yenidən “Müasir metodist” müsabiqəsi elan edir!
20 May, 2025 - 17:05 420
Təhsil İnstitutu yen...