Keyfiyyətə nəzarət üzrə mütəxəssis vakansiyası

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən Gəncə Regional Sınaq Laboratoriyası üçün aşağıdakı vəzifələr üzrə müsabiqə elan olunur:
Keyfiyyətə nəzarət üzrə mütəxəssis
Namizədə tələblər:
·        Kimya, biologiya, qida mühəndisliyi və sertifikatlaşdırma ixtisasları üzrə ali təhsil;
·        Keyfiyyətə nəzarət və laboratoriya sahəsində iş təcrübəsi arzu ediləndir;
·        İSO 9001:2015, İSO 17025:2025 standartının şərtlərini bilməli;
·        Dəqiqlik, diqqətlilik;
·        Analitik düşünmə qabiliyyəti;
·        Komanda ilə işləmə bacarığı olmalı;
·        Dil biliyi: İngilis dili;
İş şəraiti:
·        İş yeri: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Gəncə Regional Sınaq laboratoriyası (Gəncə şəhəri);
·        İş qrafiki: 5 günlük iş həftəsi;
·        Əmək haqqı – razılaşma əsasında;
Vəzifə öhdəlikləri:
·        Laboratoriyaların fəaliyyət istiqamətinə uyğun olaraq yeni metodların araşdırılması, tətbiq edilməsini təşkil edir və prosesdə iştirak edir;
·        Laboratoriya işinin forma və metodlarını, laboratoriyanın fəaliyyətinin planlaşdırılmasını, işçilərin iş yerlərində yerləşdirilməsi və onların ixtisaslarına uyğun istifadəsini təmin edir;
·        Keyfiyyət İdarəetmə Sistemi Sənədlərində əks edilən vəzifə və məsuliyyətləri yerinə yetirir;
·        Metodların validasiyası, verifikasiyası işlərində iştirak edir;
·        İSO/İEC 17025 “Sınaq və Kalibrləmə laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər” əsasında standartın tətbiq olunduğu keyfiyyətin idarə edilməsi sisteminin bütün müddəalarını əhatə edəcək şəkildə audit yoxlama planını hazırlayır;
·        Plana uyğun olaraq AQTİ-nin Sınaq Laboratoriyalarında audit yoxlamalarının keçirilməsində iştrak edir;
·        Laboratoriyaların işçi heyətinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində iştrak edir;
·        Keçirilmiş audit yoxlamalarının hesabatlarını zamanında hazırlayaraq laboratoriya müdirinə və müvafiq şöbə müdirinə təqdim edir;
·        İnstitutun tabeliyində olan laboratoriyaların məlumat bazaları mexanizimlərinin işlənməsini təmin edir;
Namizədlərdən CV-lərini mövzu yerinə "Gəncə" yazaraq [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqdır.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az