“Para Bokt”-dan Bakı/ Sumqayıt şəhərləri və bölgə filialları üzrə əmək haqqı+bonuslu təcrübə proqramı elan edir

 “Para Bokt”-dan Bakı/ Sumqayıt şəhərləri və Gəncə, Bərdə, Sabirabad, Fizuli, Beyləqan, Ağdaş, Göyçay, Mingəçevir, Şəki, Qəbələ, Yevlax, Qazax, Ağstafa, Salyan, Ağcabədi, Astara, Masallı, Şamaxı, Goranboy, Şəmkir bölgə filialları üzrə əmək haqqı+bonuslu təcrübə proqramı 

 

 

Karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik.

 

 

Öhdəliklər

 

  • Təlimlərdə aktiv iştirak etmək
  • Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
  • Təlimçi və mentorla interaktiv işləmək
  • Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək

 

 

Tələblər

 

  • Yaşı 18-dən 25-ə qədər (Ali və ya orta ixtisas təhsili alan tələbələr və ya ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər)
  • Karyerasını satış işində görmək
  • Öyrənməyə açıq olmaq
  • Hədəflərlə işləməyi bacarmaq
  • Pozitiv ünsiyyət bacarığı
  • Komandada işləməyə meyilli olmaq

 

 

Sizə nə vəd edirik: 

 

  • Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı,
  • Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramı keçmək imkanı
  • Ə/h+bonus

 

 

Qeyd: Təcrübə full-time şəkildə 3 ay müddətinə keçiriləcək. Bu müddəti uğurla keçən namizədlər işə qəbul ediləcəklər.

 

 

Maraqlanan şəxslər [email protected]  ünvanına "təcrübə proqramı (müvafiq region üzrə)” yazaraq cv-lərini göndərə bilərlər.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az