Çərşənbə, 14 May, 2025

Həkim-Qastroenteroloq vakansiyası


  • Dərc edildi: 11 Mart, 2024 - 17:50
Həkim-Qastroenteroloq vakansiyası

Vəzifə: Həkim-Qastroenteroloq
 
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Minumum 3 il iş təcrübəsi
Təhsil: Ali tibb təhsili
Yaş həddi: 27 - 50 yaş
 
Vəzifə öhdəlikləri:
-Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyin təyin edilməsi məqsədilə keçirilən müayinə iclaslarında iştirak etmək;
-Tibbi-sosial ekspertiza üzrə müasir diaqnostika üsullarını və əlilliyin reabilitasiyası üzrə müalicə metodlarını bilmək;
-İzahat xarakterli məktubların hazırlamaq;
-Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri və tapşırıqları peşəkar səviyyədə və vaxtında icra etmək;
-Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etmək, mütəmadi olaraq öz ixtisasını artırmaq;
-Müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək;
-Komissiyanın tərkibində çalışarkən əlillik alan şəxslərin tibbi müayinədən keçirilməsi, onların əmək fəaliyyətinin məhdudlaşması dərəcəsini, peşə yönümünü və əmək zəmanətini, əmək fəaliyyətinə nisbi və mütləq əks göstərişlərin və digər reabilitasiya tədbirlərinin müəyyən edilməsi;
-Əlillərin nəqliyyat və hərəkət vasitələri alması üçün tibbi göstərişlərin, eləcə də əks göstəri

şlərin təyin edilməsi;
-Əlillərin əməyindən düzgün istifadə edilməsinin araşdırılması;
-Ekspertiza işlərinin həyata keçirilməsi və profili üzrə əlilliyə nəzarət edilməsi;
-Qanunvericiliyə uyğun olaraq əlillik dərəcəsinin müəyyən edilməsi və əlilliyin müəyyən edilməsi meyarları üzrə tədbirlərin hazırlanması, onların həyata keçirirlməsinin təmin edilməsi;
-Respublikada öz profili üzrə əlilliyin vəziyyətini təhlil edilməsi, əlaqədar təşkilatlarla əlilliyin profilaktikası və əlillərin tibbi-sosial reabilitasiyası üzrə tədbirlərin hazırlanması;
-Tibbi-Sosial Ekspertiza xidmətinin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə müasir diaqnostika üsullarının, müalicə və reabilitasiya metodlarının öyrənilməsi;
Tələblər:
-Praktik-Tibbi fəaliyyətlə məşğul olmaq hüququ verən sertifikasiyası imtahanından keçmək;
-MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı.
 
Əmək haqqı: 2500-3000 AZN-dək
Təminatlar:
-İllik performans göstəricilərinə uyğun mükafat sistemi;
-Kollektiv mükafat.
İş qrafiki: 5 günlük – 09:00–18:00
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını yazaraq CV göndərməklə müraciət edilir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti “Ehtiyat zabit hazırlığı kursu”na qəbul ELAN EDİR
13 May, 2025 - 17:57 99
Azərbaycan Respublik...
Müəllimlərin sertifikatlaşdırılma imtahanının vaxtı bəlli olub
13 May, 2025 - 09:58 126
Müəllimlərin sertifi...
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb
13 May, 2025 - 08:07 108
Doktorantura səviyyə...